Elvin Xəzər/AZADİNFORM. İçərişəhərdə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi” mövzusunda Dəyirmi masa keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə AMEA-nın və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları İçərişəhər və burada yerləşən abidələr barədə məruzələrlə çıxış ediblər, günün anlam və dəyərindən danışıblar.

Atif Eyazov/AZADİNFORM.  Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında “Arxamca qaç ki, mən səni tutum” tamaşası nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyəti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi əsasında reallaşan tamaşa Almaniyanın Rozenhaum şəhərinin teatr truppası aktyorlarının iştirakı ilə baş tutacaq. Bu barədə məlumatı “Azadinform”a teatrdan veriblər.

Aytən İmanova/AZADİNFORM. Dubay hökumətinə məxsus “The One " TV kanalında Azərbaycan haqqında veriliş təqdim olunub. Bu barədə “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Aytən İmanova/AZADİNFORM. Aprelin 18-də Azərbaycan Dillər Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək. Tədbirin əvvəlində isə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən süjet təqdim ediləcək. Bu barədə “Azadinform”a universitetin mətbuat xidmətindən məlumat verilib. 

Xədicə/AZADİNFORM. Başında aşkar edilən gepoksiya (su yığıntısı) diaqnozu ilə bir müddət əvvəl Dubayın özəl klinikalarının birində müalicə alan Rəqsanə yenidən eyni məqsədlə Dubaya yola düşəcək. Onun Azadinforma bildirdiyinə görə, həkiminin məsləhəti ilə müalicəsini davam etdirir:

Elvin Xəzər/AZADİNFORM. Londonda Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən AZADİNFORM-a verilən məlumata görə, sərgidə Azərbaycan təmsil olunub.

Günel Əbilova/AZADİNFORM. “Bu meydan, bu ekran – 2011” kino layihələri müsabiqəsi elan olunub. Bu barədə məlumatı AZADİNFORM-a Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müsabiqəyə film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər qoşula bilər.
Müsabiqəyə təqdim olunan sənədlər eyni dev

Elvin Xəzər/AZADİNFORM. Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ilin noyabr ayında dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq rəqs kollektivlərinin respublika müsabiqəsini keçirəcək.

Atif Eyvazov/AZADİNFORM. ABŞ-ın Kaliforniya ştatındakı Klermont Universitetində beynəlxalq festival keçirilib. İlk dəfə olaraq azərbaycanlı tələbələrin də qatıldığı festival 33 ildən artıqdır keçirilir.

Xədicə/AZADİNFORM. İlhamə Qasımova «Eurovision-2011»-in milli finalından məğlub kimi ayrılsa da, qarışda onu böyük dünya səhnələri gözləyir. Sənətçi bundan sonra yaradıcılığının demək olar ki, əsas hissəsini Almaniya ilə bağlayacaq.

Könül/AZADİNFORM. Dünyaca ünlü amerikalı müğənni Ledi Qaqa konsert vaxtı yerə yıxılıb.

Xədicə/AZADİNFORM. Bir neçə gündür qızı İpəklə Bakıda olan müğənni İradə İbrahimova analıq məzuniyyətini başa vurub. Müğənni AZADINFORM-a bildirib ki, əvvəlki kimi olmasa da, artıq səhnə fəaliyyətinə qayıdıb.

Xədicə/AZADİNFORM. İlk solo konserti bir neçə dəfə təxirə düşən müğənni Natəvan Həbibi artıq bu niyyətdən vaz keçdiyini bildirib. Xatırladaq ki, müğənni ilk solo konsertini ötən ilin sentyabr ayına təyin etmişdi. Daha sonra növbəti aya keçirilən konsertə təşkilati işlərin axsaması səbəbindən xitam verildi.

Elvin Xəzər/AZADİNFORM. Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilmiş “Dünya xalqları və müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoq” mövzusunda “Ən Yaxşı Fotoşəkil” müsabiqəsinin nəticələri elan olunub.

Uzun illərdir Türkiyədə fəaliyyət göstərən Günel Zeynalova Bakıda verəcəyi növbəti solo konsertinə hazırlaşır.
Aprelin 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış dramaturq Əli Əmirlinin M.S.S. Mən səni sevirəm adlı pyesi əsasında eyniadlı iki hissəli lirik komediyasına ictimai baxış keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycan Turizm Assosiasiyası (AzTA) ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu barədə məlumatı AZADİNFORM-a AzTA-dan veriblər.
Yeni 8 mahnı üzərində işləyirik. Bu sözləri AZADİNFORM-a açılamasında Faiq Ağayev deyib.
Nobelin kötücələri Bakıdadır. AZADİNFORM xəbər verir ki, mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bu gün Nobel ailəsinin üzvlərini və Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırovla görüşüb.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təxminən 700-800 manat sərf edilib. AZADİNFORM xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbulfəs Qarayev deyib.
 
223 page from 224 page (s) << < 219 220 221 222 223 224 > >>
 News feed
21.09.2018
 Archive
Sep.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo