Həbibə/AZADİNFORM. “Bakı şəhərində taksi fəaliyyətini həyata keçirmək üçün təxminən 3500 avtomobilə ehtiyac var”. “Azadinform”un məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Həbibə/AZADİNFORM. Bakıda inşa edilən Beynəlxalq Dəniz Limanının layihələndirilməsi başa çatmadığından kompleksin dəyəri hələ müəyyənləşməyib.

Həbibə/AZADİNFORM. İyunun 13-də ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi bir qrup neftçi-ekoloq Səngəcal terminalında “bp-Azərbaycan”ın ekologiya üzrə aparıcı mütəxəssisləri ilə görüş keçirib.

AZADİNFORM. Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti böyük məmnuniyyətlə tələbələr üçün Yay Təcrübə Proqramını elan edir. Yay Təcrübə Proqramının məqsədi telekommunikasiya sahəsində karyera qurmaq arzusunda olan tələbələrə şirkətin müxtəlif layihələrində iştirak edərək, praktik təcrübə qazanmaq imkanı yaratmaqdır. 

Həbibə/AZADİNFORM. Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 695 investisiya layihəsinin maliyyələşdirilməsinə 53.8 milyon manat güzəştli kredit verib.

Həbibə/AZADİNFORM. May ayında əvvəlki ayla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.9 faiz ucuzlaşıb.

 
Həbibə/AZADİNFORM. Bu ilin beş ayında dövlət büdcəsinə 4.0 milyard manat vəsait daxil olub. “Azadinform” Maliyyə Nazirliyinə istinadən bildirir ki, bu müddət ərzində büdcədən 2.8 milyard manat vəsait xərclənib, 1.2 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 8.9 faizi qədər profisit yaranıb.

Həbibə/AZADİNFORM. Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği mayın 1-nə 8.6 milyard manata çataraq ötən il may ayının 1-nə nisbətən 11.2 faiz artıb. “Azadinform” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, verilmiş kreditlərin 5.8 milyard manatı uzunmüddətli olub, 553.2 milyon manatının ödəmə vaxtı keçib.

Həbibə/AZADİNFORM. Cari ilin 5 ayında nəqliyyat yükdaşımasının həcmi ötən illə müqayisədə 5.5 faiz artaraq 80.6 milyon tona, daşınmış sərnişinlərin sayı isə 6.2 faiz artaraq 570.7 milyon nəfərə çatıb.

Həbibə/AZADİNFORM. İqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 faiz artıb.

AZADİNFORM. Ermənistan 180 ölkə arasında adambaşına düşən ümumdaxili məhsulun həcminə görə 113-cü olub. «Azadinform»un məlumatına görə, «Biznes Qruziya» yazır ki, siyahıda Gürcüstan-112, Azərbaycan isə 80-ci olub.

Həbibə/AZADİNFORM. Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 3.4 milyard manat məbləğində vəsait yönəldilib. “Azadinform” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilib.


Həbibə/AZADİNFORM. Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2011-ci ilin ötən beş ayı ərzində 17.6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Həbibə/AZADİNFORM. Tiflisdə 6-cı İRU Avro-Asiya Avtomobil Nəqliyyatı Konfransı  keçiriləcək.

Həbibə/AZADİNFORM. “İraqın “Nabucco” kəmərinə qoşulması layihənin reallaşması istiqamətində addım kimi qiymətləndirilə bilər”. “Azadinform”un məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Həbibə/AZADİNFORM. Bakıya 200 ədəd yeni “Daevoo” markalı iritutumlu avtobus gətirilib.

Həbibə/AZADİNFORM. Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın uzaq bölgələrində əhaliyə kömək etmək məqsədilə mikro və kiçik sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq üçün yerli valyutada kreditlər təklif edəcək.

Həbibə/AZADİNFORM. “Azadinform” nazirliyin analitik informasiya şöbəsinə istinadən bildirir ki, görüşdə vergilər nazirinin müavini Sahir Məmmədxanov, müvafiq rayonların icra başçıları və onların müavinləri, həmin rayonları təmsil edən millət vəkilləri və ətraf rayonlardan olan vergi ödəyiciləri də iştirak edib.

Həbibə/AZADİNFORM. Vergilər Nazirliyində kollegiya iclası keçirilib. “Azadinform” nazirliyin analitik informasiya şöbəsinə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının icrasından irəli gələn vəzifələrin müzakirəsinə həsr olunub.

Həbibə/AZADİNFORM. Beynəlxalq Valyuta Fondu prezidentliyinə namizəd olan Fransanın maliyyə naziri Kristin Lagarde Birləşmiş Ərəb Əmirlikləri, Misir və İndoneziyanın dəstəyini alaraq yarışmada mövqeyini gücləndirib.

 
446 page from 465 page (s) << < 442 443 444 445 446 447 448 449 450 > >>
 News feed
21.09.2018
 Archive
Sep.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo