Mübariz Aslanov/AZADİNFORM. Azəbaycanda bundan sonra nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək. “Azadinform” xəbər verir ki, bu, hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cəzaların İcrası Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.

Atif Eyvazov/AZADİNFORM.  Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Rusiyada səfərdədir. Səfər çərçivəsində S.Rüstəmxanlı Moskvada DAK İdarə Heyətinin üzvləri Abuzər Bağırov, Tahir Hacıyev, Oqtay Hüseynov və Mirəşrəf Fətiyev, eyni zamanda təşkilatın bu şəhərdəki fəalları ilə görüşüb.

Həbibə Abdulla/AZADİNFORM. Bakıda keçirilən X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2011”) və II Ümumrespublika Daxili Turizm sərgiləri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov və Dubay Əmirliyinin “Atlantes Holadeys” şirkətinin İdarə Heyətinin sədri Rəşid əl Nuri arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb.


Aytən İmanova/AZADİNFORM. Bu gün “Save The Children” (“Uşaqların xilası”) təşkilatı “Yeniyetmələr üçün həyat bacarıqları” adlı layihə çərçivəsində tərəfdaş təşkilatlar üçün “Gənclərin İnkişafı və gənclər siyasəti”, “De-institutlaşma, Ailə və uşaqların sosial İnkişafı” və “Gənclərin sahibkarlıq fəaliyyəti” mövzularında təqdimatlar təşkil edib. “Azadinform” xəbər verir ki, təqdimatda millət vəkili, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov layihəni yüksək qiymətləndirib.

Elvin Xəzər/AZADİNFORM. “İRƏLİ” İctimai Birliyi Azərbaycanda ilk dəfə təqdim olunan geniş auditoriyalı açıq seminar təlim metodunun tətbiqinə start verir. Bu silsilədən ilk təlim aprelin 30-da “e-ticarət” mövzusunda keçiriləcək.

Günel Əbilova/AZADİNFORM. Vergi qanunvericiliyində kordinal dəyişikliyə səbəb olacaq təklif yoxdur. “Azadinform” xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev  deyib.

Həbibə/AZADİNFORM. Bu gün “Baku Expo Centre” sərgi mərkəzində II Ümumrespublika daxili turizm sərgisi və “AİTF-2011” 10-cu Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlayıb.

Atif Eyvvazov/AZADİNFORM. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi  tərəfindən 2005-ci ildən bu günədək rüşvətalma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.


Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi aprelin 25-də keçirilmiş pediatriya, hematologiya və urologiya ixtisasları üzrə sınaq test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Aytən İmanova/AZADİNFORM. Yaponiyanın baş naziri Naoto Kan Yaponiyada baş vermiş dəhşətli zəlzələyə görə insanlardan gələn yardıma və göstərilən həmrəyliyə görə dünya xalqlarına təşəkkür məktubu ünvanlayıb. “Azadinform” xəbər verir ki, “Kizuna” (“Dostluq bağları”) adlanan məktubda Azərbaycanla bağlı xüsusi qeydlər var.

Mübariz Aslanov/AZADİNFORM. Mayın ayının 2-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitə sədrinin müavini Eldar Quliyev, Milli Məclisin Aqrar sektorun müdiri Şahmərdan Kərimov və kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Almaniyaya səfər edəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Həbibə Abdulla/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə birgə regionlarda təlimlər təşkil edir.

Aytən İmanova/AZADİNFORM. Bu gün GRBS Beynəlxalq Tədris Mərkəzi və Mərkəzin partnyoru olan Auditorlar Palatası Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasib Kvalifikasiyasının “Mühasibat uçotu üzrə Milli Sertifikat” imtahanlarını uğurla vermiş mühasiblərin Milli Sertifikatla Təltif olunma mərasimini keçirib. “Azadinform” xəbər verir ki, kvalifikasiya mühasib və auditorlar üçün beynəlxalq səviyyədə tanınan və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına, müvafiq qanunvericiliyə əsaslanır.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Gənclər və İdman Nazirliyində (GİN) nazir Azad Rəhimov GİN-nin Azərbaycanın Yunanıstandakı səfirliyi ilə birgə Yunanıstan universitetlərinin tələbələri arasında keçirdiyi “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Günel Əbilova/AZADİNFORM. Şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda siqaret çəkmək qadağan olunub. “Azadinform” Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, bununla da NK-nin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edilib.

Həbibə/AZADİNFORM. Sabah “Baku Expo Centre” sərgi mərkəzində II Ümumrespublika daxili turizm sərgisi və “AİTF-2011” 10-cu Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlayacaq. “Azadinform” xəbər verir ki, Üumrespublika daxili turizm sərgisinin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi, “AİTF-2011” beynəlxalq sərgisinin təşkilatçısı isə “İteca Caspian” şirkətidir. Hər il olduğu kimi, bu il də “AİTF-2011” sərgisinə Mədəniyyət və Turizm Nazirliyi rəsmi dəstək verir.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakıda, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi və Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə “Miqrasiya problemləri və çağrışlar: həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Həbibə/AZADİNFORM. “Bu il Kipr adasına bir neçə çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur”.  “Azadinform” xəbər verir ki, bu barədə “Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirib.

Həbibə/AZADİNFORM. AZAL-ın Türkiyəyə uçuş qiymətlərini bahalaşdırması həmin ölkədə aeroport rüsumlarının və yanacağın bahalaşması ilə əlaqədardır. Bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirib. Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” QSC ilə Türkiyənin müvafiq qurumları arasında bağlanan müqavilələrə uyğun olaraq bu ölkədə qiymətlərin bahalaşması uçuş qiymətlərinə də təsir edib.

Həbibə Abdulla/AZADİNFORM. “Turizm xidmətlərinin baha olması turizm şirkətlərindən asılı deyil”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

 
559 page from 566 page (s) << < 555 556 557 558 559 560 561 562 563 > >>
 News feed
20.06.2018
14.06.2018
 Archive
Jun.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo