Atif Eyvazov/AZADİNFORM. Aprelin 16-sı “Bakının birincisi” adlı II İntellektual Gənclər Festivalı çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarış keçiriləcək. AZADİNFORM xəbər verir ki, Bakıda Gənclər Təşkilatı Milli Şurası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq yarışla bağlı bu gün mətbuat konfransı keçirilib.

Həbibə Abdulla/AZADİNFORM. “2011-ci ilin mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb”. AZADİNFORM-un məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin mart ayında istehlak qiymətləri ilə bağlı məlumatında bildirilir. Komitənin məlumatında qeyd edilir ki, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,3 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2 faiz ucuzlaşıb:

Elvin Xəzər/AZADİNFORM. Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Həbibə Abdulla/AZADİNFORM. “Azərbaycanda pensiya və əməkhaqlarında ciddi artımların olacağını gözləmirəm”. Bunu AZADİNFORM-a açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib.

Elvin Xəzər/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksi Azərbaycanda Dövlət ilkin Vaxt və Tezlik etalonu kimi təsdiq edilib. Bu barədə məlumatı AZADİNFORM-a Komitəsinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 10-da Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və Salyan şəhərlərində keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Elvin Xəzər/AZADİNFORM. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Qida məhsullarının standartlaşdırılması" üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş AZS 499-2011 və AZS 502-2011, Komitənin Metrologiya şöbəsi tərəfindən işlənib təqdim edilmiş AZS 585-2011 Dövlət standartlarını təsdiq edib. Komitədən AZADİNFORM-a verilən məlumata görə, standartların tətbiq vaxtı 20 aprel 2011-ci ildən müəyyən edilib.
AZS 499-2011 "Laboratoriya analizi üçün su. Texniki tələblər və sınaq üsulları" standartı qeyri-üzvi maddələrin təyini üçün laboratoriyada

Mübariz Aslanov/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Azərkimya”da istehsal olunan polietilen torbaların tərkibinə onların tez parçalanması və təbiətdə çürüməsi üçün xüsusi qatqının vurulması ilə bağlı Nazirlər Kabinetinə təklif göndərib. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Mart ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən AZADINFORM-a verilən məlumata gör, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, arpanın 0,1 faiz, kələmin 3,4 faiz, balqabağın 21,2 faiz, cəfərinin 0,3 faiz, baş soğanın 0,8 faiz, göy soğanın 1,7 faiz, kartofun 1,2 faiz, quru otun 1,4 faiz, yonca toxumunun istehsalçı qiymətləri 14,1 faiz artıb:

Elvin Xəzər/AZADİNFORM. Aprelin 20-21-də Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Nəqliyyat və sərhəd keçidi” üzrə Layihə İşçi Qrupunun 16-cı iclası keçiriləcək. Müzakirələrdə Nəqliyyat Nazirliyi də təmsil olunacaq.

Həbibə Abdulla/AZADİNFORM. Bu ilin I rübdə Azərbaycanda əhalinin sayı 25,6 min nəfər və yaxud 0,3 faiz artaraq 9136,7 min nəfərə çatıb. Ölkə əhalisinin 53 faizi şəhər, 47 faizi kənd yerlərində yaşayır. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar, 31,4 faizini gənclər təşkil edir. Cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir.

Həbibə Abdulla/AZADİNFORM. Aprelin 22-də Sahibkarlar Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm İnstitutu və Azərbaycanda Regional Mərkəz qeyri-hökumət təşkilatlarının birgə konfransı keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. “Son vaxtlar ölkə ərazisində çirkli yağışların yağması iqlimdə qlobal sabitliyin pozulması səbəbindəndir”. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov çıxış edərək rəhbərlik etdiyi sahə ilə bağlı bilgilər verib.

Həbibə Abdulla/ AZADİNFORM. “Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 24800 sığortaolunana fərdi şəxsi hesab açılıb”. Bu barədə aprelin 12-də keçirilən 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr edilmiş toplantıda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

Həbibə Abdulla/AZADİNFORM. Mərkəzi Bankın  kommunikasiya departamenti “İlin ən yaxşı PR xidməti”  müsabiqəsinin qalibi elan edilib. Bu barədə “Azadinform”a MB-nin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə “Press-reliz Yayım Xidməti” tərəfindən keçirilib.

Elvin Xəzər/AZADİNFORM. Mart ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz təşkil edib. Dövlət Statistika Komitəsindən AZADİNFORM-a verilən məlumata görə, ay ərzində emal sənayesi üzrə istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb, mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

Elvin Xəzər/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.


Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyində Korrupsiya ilə bağlı yaradılan “Qaynar xətt” xidmətinə fevralın 22-dən bu günə kimi 1900 müraciət daxil olub. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev  deyib.

Atif Eyvazov/AZADİNFORM. Mayın 5-dən etibarən Bakı-Karlovı Varı-Bakı marşrutu üzrə yeni müntəzəm reys fəaliyyət göstərəcək.

 
555 page from 556 page (s) << < 551 552 553 554 555 556 > >>
 News feed
24.11.2017
23.11.2017
22.11.2017
21.11.2017
17.11.2017
16.11.2017
15.11.2017
 Archive
Nov.2017
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo