AZADİNFORM. Avstraliyalı alim apardığı uzun müddətli tədqiqatdan sonra bu qənaətə gəlib ki, solaxayların sağlardan daha istedadlı olmaları barədə qənaət yalandır. «Daily Mail» qəzeti yazır ki, solaxay olan Flinders universitetinin professoru Mayk Nikols yaşı beş olan 5 minə yaxın uşaq arasında tədqiqat aparıb.

AZADİNFORM. Bu ilin beş ayı ərzində «Zvartnos» və «Şirak» aeroportları vasitəsilə Ermənistanı tərk edənlərin sayı gələnlərdən 64 min nəfər çox olub. Ötən ilin ilk beş ayı ərzində ölkədən çıxanlar isə gələnlərdən 58 min çox olub.

Həbibə/AZADİNFORM. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev layihələndirmə, tikinti və elektrik stansiyaları üçün avadanlıqların təchizatı sahələri üzrə dünyada tanınmış “Foster Wheeler AG” şirkətinin prezidenti və əməliyyat direktoru Umberto della Sala və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

Həbibə Abdulla/AZADİNFORM. Bakıya yeni gətirilmiş və xeyli söz-söhbətə səbəb olan taksilərlə bağlı “Azadinform”un suallarını “Avtonəqliyyatservis” departamentinin xidmət rəisi Rauf Oruclu cavablandırıb:

 

AZADİNFORM. «Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticəsi rəsmi Bakının konstruktivliyindən asılı olacaq». Bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib. «Moskvada XİN rəhbərlərinin üçtərəfli görüşündə tərəflər bir sıra məsələlərlə bağlı mövqelərini yaxınlaşdıra bildilər.

AZADİNFORM. Yerevanın mərkəzində bu gün yenidən atışma yaşanıb. «Azadinform»un məlumatına görə, erməni fotojurnalist Qaqik Şamşyanın bildirdiyinə görə, atışma «Qaregen Njde» metro stansiyasının yaxınlığında baş verib.

AZADİNFORM. Yerevanda səfərdə olan İsveçin xarici işlər naziri Karl Bildt bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolundan başqa alternativi yoxdur. O, münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyini bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Ermənistanın daxilindəki hazırkı siyasi, psixoloji və sair vəziyyət Kazan görüşündə mövcud baza prinsipləri üzərində sazişin imzalanmasına şərait yaradır”. “Azadinform” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Qarabağ saatı”nda söyləyib.

 
Elcan/AZADİNFORM. İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou “The Times” qəzetində çıxan yazısında Avropa Birliyi liderlərini Türkiyəni qəbul etməyə çağırıb. “Avropa özündən əmin Türkiyəni qucaqlamalıdır” başlıqlı məqalədə sabiq nazir əvvəlcə seçimlərə münasibət bildirərək yazıb: “Ərdoğanın qələbəsi bir daha göstərdi ki, İslam və demokratiya yol yoldaşı ola bilməz.

Atif Eyvazov/AZADİNFORM. Son iki il ərzində ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanda 120 layihə həyata keçirilib. “Azadinform” xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlər üçün keçirdiyi vida görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel deyib.

AZADİNFORM. Polşa öz ərazisində ABŞ hərbi hava qüvvələrinin bazasının yerləşdirilməsi ilə bağlı saziş imzalayıb. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, Varşavada imzalanan saziş 2013-cü ildə qüvvəyə minəcək. Sazişin detalları sonra müzakirə olunacaq. İlkin olaraq Polşa ərazisində F16 döyüş təyyarələri və C-130 vertolyot daşıyan yük təyyarələrinin yerləşdirilməsi razılaşdırılıb.

Atif Eyvazov/AZADİNFORM. Diasporla İş üzrə Dövlət Komitəsi  Türkiyədə keçirilən parlament seçkilərində üç nəfər Azərbaycan mənşəli Türkiyə vətəndaşının qalib gələrək Türkiyə Böyük Millət Məclisinə deputat seçilməsi ilə bağlı məlumat yayıb. 

AZADİNFORM.  Bu gün İtaliyada iyunun 12-dən başlamış referendumun ikinci günüdür. Səsverməyə çıxarılmış dörd sualdan ən əsası nüvə enerjisindən imtina ilə bağlıdır.


Həbibə/AZADİNFORM. Dünyadakı iqtisadi inkişaf meyillərində azalmalar baş verəcək. “Azadinform”un məlumatına görə, bu barədə Dünya Bankının (DB) son açıqlamasında yer alıb.

Mübariz Aslanov/AZADİNFORM. Bu il Azərbaycanda “Diffamasiya haqqında” qanun qəbul edilə bilər. “Azadinform” xəbər verir ki, bu barədə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

AZADİNFORM. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşünün nəticələrini şərh edən «The New York Times» qəzeti yazır ki, tərəflərin danışıqların dirəndiyi dalandan çıxmaq üçün yaxşı imkanları var. «Azadinform»un məlumatına görə, qəzet istinad etdiyi analitiklərə əsaslanaraq bildirir ki, münaqişənin nizamlanması istiqamətində yeni impulsun yaranması Dmitri Medvedyevin sayəsində mümkün olub. O, Bakı və Yerevanın mövqelərinin yaxınlaşmasında «öz vaxtını və nüfuzunu» sərf edib.

AZADİNFORM. Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. Xatırladaq ki, Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi idi.

C.Əsgərov/AZADİNFORM. BBC-nin Ermənistan xidmətinin rəhbəri Aleksey Malvelyan İranın «Səhər 2» telekanalına müsahibəsində çox maraqlı bir bəyanatla çıxış edib : «Mən istəyirəm ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda yaşayan ermənilərə öz vətəndaşları kimi yanaşsın». Əslində, hüquqi baxımdan Dağlıq Qarabağda yaşayan ermənilər sözsüz ki, Azərbaycan vətəndaşlarıdır. Necə ki, Qarabağda böyüyüb başa çatan Ermənistanın indiki prezidenti Serj Sarkisyan və ya sabiq dövlət başçısı Robert Köçəryan da Azərbaycan vətəndaşlarıdırlar.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans başa çatıb. Mətbuat Şurasından “Azadinform”a verilən məlumata görə, konfransda şura sədri Əflatun Amaşov çıxış edib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik müzakirə edilib.

 
664 page from 673 page (s) << < 660 661 662 663 664 665 666 667 668 > >>
 News feed
21.09.2018
 Archive
Sep.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo