Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanın bəxti onda gətirdi ki, ölkə tarixinin həlledici vaxtlarında ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldi və dövlətimizin əsasları onun siyasəti nəticəsində formalaşmağa başladı”.

Atif Eyvazov/AZADİNFORM. Dövlət qulluğunda çalışmaq istəyənlər üçün keçiriləcək test imtahanında keçid həddi 5 bal aşağı salınıb. Bu, hazırkı - sonuncu müsabiqənin test mərhələsindən etibarən tətbiq ediləcək. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib.

AZADİNFORM. Ağ evin İqtisadi Şurasının sədri Ostan Qulsbi istefaya getdiyini bəyan edib. O, əvvəlki iş yerinə - Çikaqo universitetində müəllim vəzifəsinə qayıdıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a sonuncu səfəri zamanı Hillari Klintonla keçirdiyi görüş kifayət qədər konstruktiv alınıb. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza bildirib.

Mübariz Aslanov/AZADİNFORM. ABŞ, Fransa və Rusiya prezidentlərinin Dovil bəyanatının əsas sənəd kimi nəzərdə tutaraq demək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən gözləntilər çoxdur.

AZADİNFORM. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu  (KİV DF) 2011-ci ilin 2-ci yarımili  üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib. Bu barədə məlumatı “Azadinform”a  KİV DF-dən veriblər.

Həbibə/AZADİNFORM. Nazirlər Kabineti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavənin müəyyən edilməsi haqqında qərar qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanda neçə müddətdir ki, “Siyasi partiyalar” haqqında qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi və yaxud yeni qanun layihəsinin qəbulu müzakirə edilməkdədir.

AZADİNFORM. “Lulz Security” haker qruplaşması Federal Təhqiqat Bürosuna məxsus “InfraGard” təşkilatının serverini dağıdıb.

AZADİNFORM. Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün tarixi dəqiqləşib.

AZADİNFORM. İran prezidenti Mahmud Əhmədinejadın bu gün Ermənistana nəzərdə tutulan səfəri təxirə düşüb. «Azadinform» «ArmTodey»ə istinadən xəbər verir ki, səfər qeyri-müəyyən vaxta kimi təxirə düşüb.

AZADİNFORM. Portuqaliyanın hakim Sosialist Partiyası bazar günü keçirilən parlament seçkilərində məğlub olub. Seçkilərdə Pedru Passuş-Koelyunun rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası qalib gəlib.

Elvin Xəzər/AZADİNFORM. ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morningstar Bakıda səfərdədir.

Mübariz Aslanov/AZADİNFORM. “Məsul şəxsləri ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar qoyulan cərimələrin ödənilməsində diqqətli olmağa çağırıram”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

AZADİNFORM. Futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatı 2012-nin seçmə oyunları çərçivəsində Astanada Qazaxıstan millisi ilə qarşılaşıb. Qazaxıstan paytaxtının "Astana Arena" stadionunda keçirilən görüş Azərbaycan millisinin 1-2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

AZADİNFORM  «Qazprom» şirkətinin rəhbəri Aleksey Miller hesab edir ki, «Nabukko» qaz kəməri layihəsi əvvəllər nəzərdə tutulan müddətdən xeyli gec istifadəyə veriləcək. «İki ilə irəliləyiş, bu, həddən artıq optimist fikirdir» - deyə şirkətin rəhbəri jurnalistlərə bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bakı şəhər sakini X.Kərimova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, 22 may 2011-ci il tarixdə oğlunun Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirib və məsələnin araşdırılmasını xahiş edib. Müvəkkilin tapşırığına əsasən, şikayətin araşdırılması məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək saxlanılan həmin şəxslə görüşüb, onun saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar.

Atif Eyvazov/AZADİNFORM. Ölkədə piratçılığın səviyyəsi əvvəlki illərə nisbətən  azalmağa doğru gedir. Bu problemin aradan qaldırılması üçün antipirat proqramı yaradılıb.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) iyunun ortalarında regiona səfər edəcəklər.

Mübariz Aslanov/AZADİNFORM. Cari tədris ilində ali məktəblərə qəbul imtahanlarına ərizə verən abituriyentlərin sayı ötən illə müqayisədə 1,85 faiz, yəni 20 085 nəfər azalıb.

 
657 page from 663 page (s) << < 653 654 655 656 657 658 659 660 661 > >>
 News feed
22.02.2018
21.02.2018
20.02.2018
19.02.2018
16.02.2018
 Archive
Feb.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo