Mübariz Aslanov/AZADİNFORM. Yeni dəyişikliklərdə Azərbaycanda bəzi dövlət qulluqçularının dövlət qulluğunda çalışmaq üçün yaş həddi 65-dən artıq da ola bilər.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində qələbə qazanmış Azərbaycan nümayəndələrini qəbul edib.

AZADİNFORM. Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Bu barədə məlumat “Azadinform”a Nazirlər Kabinetindən veriblər.

AZADİNFORM. Mayın 23-ü Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi 22 may hadisələrinin 5-ci ildönümü münasibətilə İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin deputatı Mirkazım Kazımov sabah Xorvatiyanın Zadar şəhərinə səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bakıda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Baçana Axalaya ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a bildiriblər ki, gürcü nazir əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

AZADİNFORM. Milli Məclisin üzvü Sevinc Fətəliyeva AŞ PA-nın Sosial, səhiyyə və ailə işləri üzrə komitəsinin iclasında iştirak etmək üçün mayın 18-də Fransanın Paris şəhərinə yola düşəcək.

AZADİNFORM. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gündən mayın 19-dək Polşanın Varşava şəhərində səfərdə olacaq.

Elvin Xəzər/AZADİNFORM. Mayın 17-dən 19-dək NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının (BQK) əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi, briqada generalı Maykl Jorqensen Azərbaycana səfər edəcək.

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala telefonla zəng edərək, onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, “Evrovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik etmiş və bu istedadlı gənclərə yeni-yeni uğurlar arzulamışlar.

Mübariz Aslanov/AZADİNFORM. “İranda Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulinin Qarabağ savaşı barədə verdiyi bəyanatda ən çox nəzərdən qaçan məqam İranın guya Azərbaycana hərbi yardım etməsi, İranın Azərbaycandakı din qardaşlarını xilas etmək üçün dəridən-qabıqdan çıxması və bunun qarşısını “Ergenekon”un almasıdır”. Bunu “Azadinform”a müsahibəsində politoloq Ərəstun Oruclu bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 1896-cı ildə məhşur mesenat Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi ümumtəhsil məktəbinin əsaslı təmirə ehtiyacı olduğunu nəzərə alaraq, 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.

 

Elvin Xəzər/AZADİNFORM. “Azərbaycan demokratik dövlətdir və cəmiyyətimizdə siyasi plüralizm, fikir və sərbəst toplaşmaq azadlığı tam mövcuddur”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Elvin Xəzər/AZADİNFORM. Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan ”Avropanın gələcəyi” mövzusunda beynəlxalq konfransın yayılmış proqramında keçmiş millət vəkili Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının mövqeyi nəzərə alınmadan, partiyanın adından məruzəçi kimi təqdim edilib.

AZADİNFORM. Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Petros Eftimiu ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüşüb.

AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 36-cı növbəti iclasında iştirak etmək üçün sabah Sankt-Peterburqa səfər edəcək. Parlamentdən “Azadinform”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Elton Məmmədov, Rüfət Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Aytən İmanova/AZADİNFORM. “ATƏT-in Astana sammitində cənab İlham Əliyev məni ölkəsinə dəvət etdi. Bakıya gələndə prezident məni əmin etdi ki, internet Azərbaycanda azad olaraq qalacaq”.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. “ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiu ilə görüşümüz zamanı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi onun diqqətinə çatdırıldı. Biz hesab edirik ki, bu təşkilat da münaqişə haqda obyektiv mövqe nümayiş etdirməlidir”.

Elvin Xəzər/AZADİNFORM. Londonda “CFAB” (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilib.

 
422 page from 433 page (s) << < 418 419 420 421 422 423 424 425 426 > >>
 News feed
21.09.2018
 Archive
Sep.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo