Elvin Xəzər/AZADİNFORM. Xarici işlər nazirinin müavini Araz Əzimov Berlinə gedib.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan  Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçi-eksperti Heydər Mirzə aprelin 18-dən etibarən iki həftə ərzində Rusiya Strateji Araşdırmalar İnstitutunda (RİSİ) qonaq elmi işçi qismində səfərdə olacaq.

Həbibə Abdulla/AZADİNFORM. Aprelin 21-də Azərbaycanda “Müasir İnkişaf” İctimai Birliyinin, Azərbaycan Qadın Jurnalistləri Assosiasiyasının, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin (Gürcüstan, Qardabanidə fəaliyyət göstərir) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə “Qafqaz Evi və ermənilər” mövzusunda konfrans keçiriləcək.

Elvin Xəzər/AZADİNFORM. Türkiyə qardaş Azərbaycanın maraqlarını Ermənistanın maraqlarına qurban verməz. AZADİNFORM SNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Strasburqda AŞ PA-nın yaz sessiyasında çıxışı zamanı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağla (DQ) bağlı Rusiya prezidentinin son ilyarımlıq fəallığı nə münaqişənin həllini sürətləndirdi, nə də Azərbaycanın “hə” dediyi “Yenilənmiş Madrid prinsipləri”ni İrəvana qəbul etdirdi. Əksinə, heç nəyə yaramadı”. Bu barədə AZADİNFORM-a müashibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Elvin Xəzər/AZADİNFORM. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Bayram Niftəliyev/AZADİNFORM. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir”. AZADİNFORM xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev 14-cü Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına məktub göndərib. Məktubda deyilir:

Atif Eyvazov/AZADİNFORM. Türkiyə Azərbaycan Dərnəyinin (TAD) başçısı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədidir. Diasporla İş üzrə Dövlət Komitəsindən  AZADİNFORM-a verilən məlumata görə, MHP bu qərarı ilə S.Oğanın İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olduğunu nümayiş etdirib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Minskdə baş vermiş terror aktı ilə əlaqədar Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları gənclər birliklərinin sədrləri üçün treninqlər başlayıb. Partiyadan AZADİNFORM-a bildiriblər ki, treninqlər partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilir.

/AZADINFORM/ Ermənistanda səfərdə olan Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində Azərbaycanla Trinidad və Tobaqo Respublikası arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrini möhkəmləndirmək məqsədilə rəsmi sənəd imzalanıb.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan Prezident Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. AZADİNFORM  xəbər verir ki, bu gündən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb.

Aprelin 14-15-də Almaniyanın paytaxtı Berlində NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu gün axşam Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Azərbaycan üzrə əlaqələndiricisi Andrey Çupovun Bakıya səfəri başlayır.
Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı son bəyanatı faktlara söykənmir. Hesab edirəm ki, Avropa İttifaqının mövqeyi obyektivlikdən uzaqdır, faktlara istinad etmir.
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb.
Milli Məclisin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak etmək üçün bu gündən Moldovanın paytaxtı Kişinyovda səfərdə olacaqlar.
 
421 page from 421 page (s) << < 417 418 419 420 421
 News feed
24.11.2017
23.11.2017
22.11.2017
21.11.2017
17.11.2017
16.11.2017
15.11.2017
 Archive
Nov.2017
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo