AZADINFORM. Amerikalı respublikaçı-konqresmen Ron Pol rəsmən prezident seçki kampaniyasına qoşulduğunu bəyan edib. «Azadinform»un məlumatına görə, Texas ştatından seçilən senator bunu «ABC» televiziyasında efirə gedən «Sabahın xeyir, Amerika» proqramında açıqlayıb.

AZADINFORM. Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, dövlət başçısı gec-tez hansısa bir partiyanın üzvü olmalıdır.

AZADINFORM. Bu gün Misirin sabiq prezidenti Hüsnü Mübarəkin xanımı Syuzan ona qarşı irəli sürülən ittihamlar üzrə həbs edilib.

AZADINFORM. ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları Üsəma bin Ladenin Pakistanda üç arvadını dindiriblər. «Azadinform» CNN-ə istinadən xəbər verir ki, dindirilmə Pakistanın «ISI» xüsusi xidmət idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilib. Qadınlar özlərini həddən artıq sərt aparıblar.

AZADINFORM. «Eurovision» mahnı müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmiş erməni müğənni Emmi səsvermənin nəticələrindən şikayət etmək qərarına gəlib.

AZADINFORM. 2012-ci ildə Fransa və ABŞ erməniləri onları aldadan prezidentlərin təkrarən prezident seçilməsinə yol verməməlidirlər.

AZADINFORM. «Facebook» sosial şəbəkəsi maraqlı bir etirafla çıxış edib. «Azadinform» «Gazeta.ru»a istinadən yazır ki, kompaniya bəyan edib ki, «Google»un nüfuzuna xələl gətirmək üçün «WPP» kommunikasiya kompaniyasına məxsus «Burson-Marsteller»in piar köməyindən yararlanıb. Bunun üçün isə mətbuatdan istifadə edilib.

AZADINFORM. Misirdə fəaliyyət göstərən «Müsəlman qardaşları» hərəkatının rəhbərlərindən biri Əbdül Moneim Abul Fotuh  prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb.

AZADINFORM. Ermənistan parlamentinin deputatları çətin duruma düşüblər. Parlamentin zalları yeni təmirdən çıxdıqdan sonra deputatlar üçün problem yaranıb. Bundan sonra onlar iclaslar zamanı kompyuter oyunları oynaya bilməyəcəklər.

AZADINFORM. ABŞ prezidenti Barak Obama Konqresə müraciətlə çıxış edib. O, Federal Təhqiqat Bürosunun direktoru Robert Müllerin səlahiyyət müddətinin daha iki il artırılmasını istəyib.

AZADINFORM. Almaniya məhkəməsi Con (İvan) Demyançuka İkinci Dünya müharibəsində nasist düşərgəsində nəzarətçi işləyərkən 28 000 adamın öldürülməsinə kömək etdiyinə görə hökm oxuyub. Münhen məhkəməsi Ukrayna mənşəli Demyançuka beş il həbs cəzası verib.


AZADINFORM. Biznesin inkişaf etdirilməsi üzrə Ermənistan-Türkiyə Şurasının məlumatına görə, hazırda iki ölkə arasında illik ticarət dövriyyəsi 200-250 milyon dollar təşkil edir.

AZADINFORM. Polşanın Ermənistandakı səfiri Zdislav Raçinski hesab edir ki, Ermənistanın əsas problemi monopoliyanın varlığıdır. «Azadinform» «ArmTodey»ə istinadən məlumatına görə, səfir bildirib ki, Ermənistanın Avropa Birliyinə assosiativ üzvlüyü ilə bağlı danışıqlar normal gedir - 34 bənddən 18-i artıq qapadılıb.

AZADINFORM. Konqo Demokratik Respublikasında hər saat 48 qadın cinsi zorakılığa məruz qalır. Bu qənaətə ABŞ alimləri apardıqları tədqiqat nəticəsində gəliblər.

AZADINFORM. Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin İsveçrədəki əmlakı ilə bağlı hərəkətə keçilib. «Azadinform» «TRT»yə istinadən xəbər verir ki, Misir rəsmiləri Mübarəkin İsveçrə banklarındakı əmlakının ölkəyə gətirilməsi üçün isveçrəli yetkililərlə müzakirələr apardıqlarını bildiriblər.

AZADINFORM. Finlandiyada millətçi «Əsl Finlər» partiyası koalision hökumətin qurulması ilə bağlı aparılan danışıqlarda iştirak etməkdən boyun qaçırıb. «Azadinform» «RİA Novosti»yə istinadən xəbər verir ki, onlar bunu Avropa Birliyinin Portuqaliyaya maliyyə yardımı ayırmaq qərarı ilə izah ediblər. Bunu partiyanın sədri Timo Seyni bildirib.

AZADINFORM. Slovakiya polisi hannibalizmdə şübhəli bilinən şəxsi həbs edib. «Azadinform» «Aktualne.sk» portalına istinadən xəbər verir ki, hannibalizmdə şübhəli bilinən şəxs internetdə özlərinə qəsd etmək istəyən şəxslərin arasından öz qurbanlarını axtarıb tapırmış. Bu yolla da İsveçrə vətəndaşı ilə tanış olub.

AZADINFORM. Qırğızıstanda yaşayan Amşen erməniləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına köçmək istəyirlər.

AZADINFORM. Plagiatlıqda günahlandırılan Avropa Parlamenti sədrinin müavini Silvana Kox-Merin bəyan edib ki, tutduğu bütün siyasi postları tərk edir.

AZADINFORM. ABŞ-da Nümayəndələr Palatasının keçmiş rəhbəri respublikaçı Nyut Qinqris elan edib ki, 2012-ci ildə keçirilən prezident seçkilərinə qoşulacaq.

 
587 page from 603 page (s) << < 583 584 585 586 587 588 589 590 591 > >>
 News feed
20.06.2018
14.06.2018
 Archive
Jun.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo