AZADINFORM/ ABŞ-ın Hərbi-Dəniz Qüvvələri ilk dəfə Amerikanın Kaliforniya ştatının sahillərində lazer topunu sınaqdan keçirib. Bunu AZADINFORM Amerikanın "Los-Anceles Tayms" qəzetinə istinadən xəbər verib.

AZADİNFORM/ Ermənistan parlamenti Rusiya hərbi bazasının ölkə ərazisində qalma müddətinin 2046-cı ilə qədər uzadılması haqqında protokolu ratifikasiya edib.

Atif Eyvazov/AZADİNFORM. Ermənistan prezidenti Serj Sərkisyan ölkəsində səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovu (Rusiya) qəbul edib. AZADİNFORM xəbər verir ki, görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

AZADİNFORM/ Çexiya prezidenti Vaslav Klaus çilili həmkarı Sebastyan Pinyera ilə görüş zamanı protokol qələmini mənimsəyib. AZADINFORM Lenta.ruya istinadən xəbər verir ki, insident iki ölkə liderinin jurnalistlər qarşısında çıxışı zamanı yaşanıb.

AZADİNFORM/ BMT-nin baş katibi Ban Ki Mun ABŞ-ın Florida ştatında bir rahibin Quranı yandırmasını qınayıb.

Günel Əbilova/AZADİNFORM. Minskdə metro stansiyasında terror aktının törədilməsində şübhəli bilinən şəxs müəyyən edilib. AZADİNFORM RİA Novosti-yə istinadən xəbər verir ki, Belarus xüsusi xidməti onun axtarışını davam etdirir. İstintaq qrupuna Belarus baş prokurorunun müavini Andrey Şvedin rəhbərlik edir.

Günel Əbilova/AZADİNFORM. Vaşinqton meri Vinsent Qrey həbs olunub. AZADİNFORM  Lenta.ru-ya istinadən xəbər verir ki, Kapitoli polisi Vaşinqton meri və Şəhər Şurasının 5 üzvünü Konqres binası qarşısında qanunsuz aksiya keçirdiklərinə görə həbs edib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu həftə Fransaya gedir.
Əfqanıstan hökuməti bahalı toylara qadağan qoymaq qərarına gəlib. Hökumətin tapşırığı ilə Ədliyyə Nazirliyi yeni qanun layihəsi hazırlayır.
Fransada ictimai yerlərdə niqab və çarşabı yasaqlayan qanun bu gündən qüvvəyə minib. Qanun 2010-cu ilin oktyabrında prezident Nikola Sarkozinin təşəbbüsü ilə qəbul olunub.
Misirin ictimai prokuroru eks-prezident Hüsni Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb.
Liviya lideri Müəmmar Qəddafi Afrika Birliyinin təqdim etdiyi Yol xəritəsini qəbul edib.
Ermənistan Avropa Gənc Alimlər Şurasında (Eurodoc) təmsilçilik hüququndan xaric edilib.
 
586 page from 586 page (s) << < 582 583 584 585 586
 News feed
26.09.2017
25.09.2017
22.09.2017
21.09.2017
20.09.2017
19.09.2017
 Archive
Sep.2017
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo