AZADİNFORM. Prezident İlham Əliyev bu gün Brüsseldə Albaniyanın baş naziri Sali Berişa ilə görüşüb. “Azadinform” xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb, Albaniyanın Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyi qeyd edilib.

AZADİNFORM. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı bəyanat yayıb. “Azadinform” xəbər verir ki, bəyanatda bildirilir ki, sabah Kazanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə görüşü keçiriləcək:

AZADİNFORM. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Rusiyanın «Moskovski komsomolets» qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı etiraflar edib. Müsahibəsini Dağlıq Qarabağ münaqişənin başlandığı dövrdə baş verən hadisələrlə başlayan eks-prezident bildirib ki, SSRİ-nin dağılmasından sonra yaradılan MDB Ermənistan üçün həyati əhəmiyyət kəsb edib.

AZADİNFORM. Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı müvafiq iş aparılır. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

AZADİNFORM. İyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu birgə mətbuat konfransı keçirib.

Həbibə/AZADİNFORM. Böhrandan sonra dünya iqtisadiyyatının yenidən toparlanması gerçəkləşmir ki, gerçəkləşmir. 2008-ci ildə başlayan dünya maliyyə böhranının bitdiyi deyilsə də, bir çox ölkə və bütövlükdə dünya hələ də böhrandan çıxa bilmir.

Atif Eyvazov/AZADİNFORM. “İşğal edilmiş Azərbaycan ərazilərində narkotik istehsalı ilə bağlı məlumatları hesabatlarına daxil etmələri üçün BMT-nin müvafiq qurumlarına müraciət edilib.

Aytən İmanova/AZADİNFORM. “Bu il ikinci Uşaq forumuna start veriləcək”. “Azadinform xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Atif Eyvazov/AZADİNFORM. Son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb, hazırda dünyada 300 mln. narkotik istifadəçisi var. “Azadinform” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

AZADİNFORM. Azərbaycanda müxtəlif dini qurumlar arasında normal münasibətlər yaranıb. “Azadinform” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 10 illiyinə həsr olunmuş dəyirmi masada çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

AZADİNFORM. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan iyunun 24-də Dmitri Medvedevin dəvəti ilə Kazana gedəcəklər.

AZADİNFORM. Prezident İlham Əliyev Brüsselə səfər edəcək.

Həbibə/AZADİNFORM. “Biz “Nabucco” konsorsiumunda təmsil olunan şirkətlərdən tarif almaq istəyirik. Ondan sonra layihədə iştirak edib-etməyəcəyimizlə bağlı qərar verəcəyik”. “Azadinform”un məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı səfir Xəzər İbrahim NATO-nun baş katibi Anders Foq Rasmussen tərəfindən qəbul edilib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov gündəliyə təklif olunan məsələlər barədə İH üzvlərinə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb. Bu barədə məlumatı “Azadinform”a MŞ-dən verilib.

Atif Eyvazov/AZADİNFORM. “Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərlə bağlı layihə həyata keçirən beynəlxalq təşkilatlar, yaxud donorlar diqqətli olmalıdırlar. Onlar Azərbaycanda həyata keçirdikləri layihələrdə mütləq qeyd etməlidirlər ki, bu, Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən insanlar üçün keçirilir”.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda həkimlərə dövlət qulluqçusu statusunun şamil olunması çox vacib haldır. Hazırda bu sənəd üzərində Səhiyyə və Ədliyyə nazirliklərində birgə iş aparılır. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.

AZADİNFORM. Milli Məclisin 11 fevral 2011-ci il tarixli iclasında “Auditor xidməti haqqında” Qanuna edilmiş dəyişikliklər nəticəsində məcburi auditdən yayınma ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunaraq, digər hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarına da 500 manatdan 2500 manatadək cərimə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulub.

Həbibə/AZADİNFORM. Bu gün Bakıda “TransCaspian” 10-cu Yubiley Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika, 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgilərinin açılışı olub.

AZADİNFORM. İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani iyunun 30-da Azərbaycana rəsmi səfər edəcək.

 
480 page from 485 page (s) << < 476 477 478 479 480 481 482 483 484 > >>
 News feed
20.06.2018
14.06.2018
 Archive
Jun.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo