Həbibə/AZADİNFORM. 2011-ci ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 faiz artaraq avqustun 31-nə 7 mlrd. 114,2 mln. dollara çatıb. “Azadinform” bu barədə AMB-nin rəsmi məlumatına istinadən xəbər verir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) dəstəyilə fəaliyyət göstərən Dünya Gənclər Bankı Şəbəkəsinin (WYBN) Türkiyə, İran və MDB ölkələri də daxil olmaqla 14 ölkə üzrə Azərbaycanda regional ofisinin açılışı olub. “Azadinform” xəbər verir ki, mərasimdə yeni ofisin rəhbəri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynli bildirib ki, regional ofis bu ölkələr üzrə koordinator rolunu oynayacaq.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib.

AZADİNFORM. Azərbaycanda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri bu gün Milli Məclisdə olublar. Parlamentdən “Azadinform”a bildiriblər ki, nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər.

AZADİNFORM. Sabah Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycana işgüzar səfər edəcək.

Atif Eyvazov/AZADİNFORM. Fransanın Azərbaycandakı səfirliyi  bir neçə gün öncə fransalı deputatların Dağlıq Qarabağa olan  səfəri ilə bağlı məlumat yayıb.

AZADİNFORM. Türkiyə Böyük Millət Məclisi erməni-türk protokollarını qüvvədən düşmüş hesab edib. “Azadinform” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə BMM-in daxili nizamnaməsinə əsasən, qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvələri bitmiş sayılır.

AZADİNFORM. Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı müdafiə qərargahı rəisinin maddi-texniki təchizat əməliyyatları üzrə müavini, aviasiya vitse-marşalı Qraham Hovardı qəbul edib.

Həbibə/AZADİNFORM. Gümüşün qiyməti tarixdə maksimuma çatıb. “Azadinform” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu gün dünya qiymətli metallar bazarında gümüşün unsiyası (31.1 qramı) 46.3 dollara yüksəlib.

AZADİNFORM. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sabah Çeçenistanın paytaxtı Qroznı şəhərinə səfərə yola düşəcək.

AZADİNFORM. ABŞ Dövlət Departamenti 2010-cu ildə dünyada terrorizmə qarşı mübarizəyə dair ənənəvi illik hesabatını açıqlayıb. «Azadinform» «Amerikanın səsi»nə istinadən xəbər verir ki, Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkə Qafqaz vasitəsilə adamları, pul və materialları keçirməyə cəhd göstərən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır.

AZADİNFORM. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı Somali səfərində müşayiət edəcək iş adamları, siyasətçilər və sənət adamlarından ibarət heyəti Moqadişoya aparan təyyarə qəzaya uğrayıb.

AZADİNFORM. Baş nazirin müavini Abid Şərifov Bayıl yamacında, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin yaxınlığındakı ərazidə sürüşmə təklükəsinin qarşısının alınması üçün görüləcək işlərdən danıışıb.

AZADİNFORM. Vergilər Nazirliyinin 2 əməkdaşı korrupsiya ittihamı ilə həbs edilib. “Azadinform” xəbər verir ki, bu barədə Vergilər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir. Belə ki, vətəndaş Həbibova Kəbirə Ruhulla qızı 12.08.2011-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək özlərini həmin Nazirliyin əməkdaşları kimi təqdim edən iki şəxsin işlətdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi 35 ünvanda yerləşən "Ləziz" kafesində qanunsuz yoxlama  apardıqlarını və pul tələb etdiklərini göstərib.

Atif Eyvazov/AZADİNFORM. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi nəticənin əldə edilməməsi ruh düşgünlüyü yaratmamalıdır. Kazan görüşündə Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilməyiblər, ancaq bu o demək deyil ki, bütün proses iflasa uğrayıb”.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda tütündən istifadə məhdudlaşdırılacaq. Bununla bağlı qanun layihəsinin Milli Məclisin payız sessiyasında qüvvəyə minməsi gözlənilir. Bu barədə “Azadinform”a müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “İran Azərbaycanın notasına hələ də cavab verməyib”. Bu barədə “Azadinform”a Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

AZADİNFORM. Qazaxıstan paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-rəsmi sammitində maraqlı anlar yaşanıb. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, sammit qeyri-formal olduğundan əksər dövlət başçıları ora qalstuksuz gəlib. Tək Rusiya prezidenti Dmitri Medvedyev rəsmi geyimdə olub. Buna isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev diqqət yetirib. Bu zaman Rusiya dövlət başçısı gülərək kameraların qarşısında qalstukunu çıxararaq pencəyinin cibinə qoyub.

Mübariz AslanovAZADİNFORM. Cari tədris ili üçün ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən əlaçılardan 100 bal toplaya bilməyən abituriyentlər olub.

AZADİNFORM. Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukovla Azərbaycanın müdafiə naziri Səfər Əbiyev arasında görüş olub. “Azadinform” Rusiya Müdafiə Nazirliyinin internet saytına istinadən xəbər verir ki, görüş zamanı nazirlər ikitərəfli hərbi əməkdaşlığın aktual mövzularını və Qəbələ radiolokasiya stansiyasının istifadəsi perspektivlərini müzakirə ediblər.

 
459 page from 468 page (s) << < 455 456 457 458 459 460 461 462 463 > >>
 News feed
24.11.2017
23.11.2017
22.11.2017
21.11.2017
17.11.2017
16.11.2017
15.11.2017
 Archive
Nov.2017
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo