AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun Azadinforma müsahibəsi

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün ABŞ-ın başı Yaxın Şərqə, ərəb ölkələrinə qarışdığı üçün Cənubi Qafqaz, o cümlədən də Dağlıq Qarabağ və yaxud da Azərbaycanla nəzərdə tutulan təlimlər onun üçün ikinci plana keçib”. Bu barədə “Azadinform”a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.

Həbibə Abdulla/AZADİNFORM. İndiyə qədər Türkiyə investorları Azərbaycana 6 mlrd. ABŞ dolları investisiya qoyublar. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Dövlət Planlama Komitəsinin Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin müdiri Mətin Eker bildirib.

AZADINFORM. NATO qüvvələrinin Liviyanın Misuratu liman şəhərini bombalaması nəticəsində 11 üsyançı həlak olub. İki üsyançı isə yaralanıb.

Seymur Əliyev/AZADİNFORM. Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir görüşü keçirilib. “Azadinform” xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda iki əzəli rəqiblər “Real Madrid” və “Barselona” klubları üz-üzə gəlib.

Elvin Xəzər/AZADİNFORM. Kanadanın aparıcı xəbərlər kanalı olan “CTV News”da Naftalan ilə bağlı qısametrajlı video material nümayiş olunub. Bu barədə məlumatı “Azadinform”a Kanadadakı səfirliyimizdən veriblər.

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” sərəncama dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilib.

AZADİNFORM. Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib.

 

AZADINFORM. Gürcüstan vətəndaşlığını almaq istəyənlərin sayı durmadan artır. Bunu Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə Komitəsinin iclasında Mülki reyestr Agentliyi sədrinin müavini Georgi Qabrielaşvili bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Rusiyanın Kazan şəhərindədir. Bu barədə məlumatı “Azadinform”a VHP-dən veriblər.

/AZADINFORM/ Ermənistanın yanacaq bazarında benzinin qiymətində artım müşahidə edilib. Bir litr benzinin qiyməti 20 dram artıb. «Requlyar»  markalı 1 litr benzinin markası 430-dan 450-yə, «Premium» isə 450-dən 470 drama kimi yüksəlib. «Azadinform» bu barədə məlumatı «Armtodey»ə istinadən yayıb.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.


Mübariz Aslanov/AZADİNFORM. Səhiyyə Nazirliyi aprelin 25-də keçirilmiş pediatriya, hematologiya və urologiya ixtisasları üzrə sınaq test imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Aytən İmanova/AZADİNFORM. Yaponiyanın baş naziri Naoto Kan Yaponiyada baş vermiş dəhşətli zəlzələyə görə insanlardan gələn yardıma və göstərilən həmrəyliyə görə dünya xalqlarına təşəkkür məktubu ünvanlayıb. “Azadinform” xəbər verir ki, “Kizuna” (“Dostluq bağları”) adlanan məktubda Azərbaycanla bağlı xüsusi qeydlər var.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Küveyt Diplomatik Akademiyasının rəhbəri səfir Əbdüləziz Əl-Şarexi qəbul edib.

Seymur Əliyev/AZADİNFORM. Kayak və kanoe üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası mayın 5-də Polşanın Poznan şəhərinə yollanacaq. Milli Avarçəkmə Federasiyasından “Azadinform”a verilən məlumata görə, yığmamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və onun köməkçisi Anatoli Dudnikin başçılıq edəcəyi nümayəndə heyətinin tərkibində 10 idmançı yer alacaq. Bunlar kayakçılar N.Fiklisova, M.Cavadov, R.Vəlizadə, T.Mustafayev, kanoeçilər V.Demyanenko, A.Əliyev, S.Bezuqlıy, M.Prokopenko, A.Kraytor və B.Kurudzdur.

AZADINFORM. Liviyada 61 tayfa və qəbilə ağsaqqalları Qəddafi diktaturasının başa çatdırılması barədə müraciət qəbul ediblər. Qəbilə başçıları təşəbbüsü öz əllərinə alaraq birgə bəyanatlarında bildiriblər ki, bu rejim xalqa müsibətdən başqa bir şey gətirmir. Bu barədə məlumatı «Azadinform» «Lenta. ru»ya istinadən yayıb.

Mübariz Aslanov/AZADİNFORM. Mayın ayının 2-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitə sədrinin müavini Eldar Quliyev, Milli Məclisin Aqrar sektorun müdiri Şahmərdan Kərimov və kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev Almaniyaya səfər edəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADINFORM. Rusiyada 6 minə yaxın məmur 2010-cu il gəlirləri barədə məlumatları düzgün vermədiyinə görə intizam məsuliyyətinə cəlb olunub.

Həbibə/AZADİNFORM. ARDNŞ prezidenti Rövnəq Abdullayev və bp şirkətinin prezidenti Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub. “Azadinform”un şirkətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə R.Abdullayev bp şirkətinin ARDNŞ ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası və istismarı layihələrinin həyata keçirilməsində uzun müddətdən bəri davam edən səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək bildirib ki, hazırda bu layihələr, habelə “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı üzrə işlər normal, planauyğun şəkildə davam edir.

 
5054 page from 5096 page (s) << < 5050 5051 5052 5053 5054 5055 5056 5057 5058 > >>
 News feed
18.01.2019
17.01.2019
16.01.2019
 Archive
Jan.2019
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo