Atif Eyvazov/AZADİNFORM. Bu il Azərbaycanın müxtəlif bölgələrində 8 telemetrik-peyk rabitəli stansiyanın qurulması nəzərdə tutulub.

Günel Əbilova/AZADİNFORM. “İtaliya səhnəsinə çıxmaq və o səhnəni fəth etmək hər bir ifaçının arzusudur”. “Azadinform” xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında əməkdar artist Fidan Hacıyeva deyib.

Günel Əbilova/AZADİNFORM. “İyunun 3-də Akademik Opera və Balet teatrında fransalı tenor Jan-Fransis Munvuasonla birgə konsert verəcəyik”. “Azadinform” xəbər verir ki, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında əməkdar artist Fidan Hacıyeva deyib.

Adəm Abbaslı/AZADİNFORM. Sabah saat 12:00-da Uşaqların Beynəlxalq Müdafiəsi Günündə R.Zorge adına parkda müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş “Dünyanı verək uşaqlara” adlı uşaq kitab bayramı keçiriləcək.

Həbibə/AZADİNFORM. “Azərenerji” ASC-nin tərkibinə daxil olan elektrik şəbəkələrində əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir.

Mübariz Aslanov/AZADİNFORM. Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 65-100, Quba-Xaçmaz bölgəsi çaylarında 50-170, Lənkəran-Astara bölgəsi çaylarında 30-70, Kiçik Qafqaz çaylarında 80-90, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.

AZADINFORM. Rusiya İspaniya və Almaniyadan meyvə-tərəvəz idxalına qadağa tətbiq edib. «Azadinform» «İnterfaks»a istinadən xəbər verir ki,  Rusiyanın baş sanitar həkimi Gennadi Onişenko bildirib ki, ola bilsin bütün Avropa Birliyi ölkələrindən meyvə və tərəvəz ixracına qadağa tətbiq olunsun. Qeyd edək ki, buna səbəb Almaniyada kəskin bağırsaq infeksiyasıdır.

Həbibə/AZADİNFORM. “İstehlakçılar arasında aparılan təbliğat işləri, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı aparılan yoxlama reydləri və israfçılıqla  istifadənin aradan qaldırılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınıb”.

Aytən İmanova/AZADİNFORM. Bu gün Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilatı dəstəyi ilə Azərbaycanda təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumunu keçirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda məhkəmə hakimiyyətində problemlər var, bunu artıq rəsmilər də dilə gətirirlər. Amma bu o demək deyil ki, burada islahatlar işə yaramayacaq”. “Azadinform” xəbər verir ki, bu barədə hüquqşünas millət vəkili Çingiz Qənizadə bildirib.

Adəm Abbaslı/AZADİNFORM. Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğunun ekspertləri tərifindən Azərbaycanın mədəni irs sahəsində çalışan mütəxəssislərinə Zaqatalada təlim keçiriləcək.

AZADINFORM. Moskvanın mərkəzində Putin və Medvedevin tennis şortlarında olan plakatları böyük hay-küyə səbəb olub. Reklam xarakterli şəkillərin kim tərəfindən qoyulduğu bəlli olmayıb.

AZADINFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kayseridə keçirilən mitinqdə iri müxalifət partiyalarını onun partiyasına qarşı qəsd cəhdində günahlandırıb. Onun qənaətincə, Cümhuriyyət Xalq Partiyası, MHP və kürd yönümlü Barış və Demokratiya Partiyası bir növ üçlük yaradıblar və onların məqsədi nəyin bahasına olursa-olsun AKP-nin nüfuzunu aşağı salmaqdır.

           

C.Əsgərov/AZADİNFORM. Amerika və Britaniya tədqiqatçıları iddia edirlər ki, diskalkusiya-sadə riyazi hesablamaları yerinə yetirə bilməməkdən əziyyət çəkən uşaqların sayı hər il artır.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Koreyadan olan bir qrup gənc Azərbaycana gəlir. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) Beynəlxalq Mətbuat Mərkəzi (BMM) ilə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə bağlı aksiya keçirəcək.

AZADINFORM. Ermənistanda qeyri-adi cinayət hadisəsi baş verib. Büdcə vəsaitləri hesabına tikilən və 8 milyon drama başa gələn ictimai tualet qarət edilib.

Xədicə/AZADİNFORM. Azərbaycanın Əməkdar artisti Manana Çaparidze Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır. “Azadinform”a məlumat verən müğənninin sözlərinə görə, hələlik məşqlər gedir.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər müzakirə olunub.

AZADINFORM. Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ölkə rəhbərliyinin müxalifətin etiraz aksiyasını dağıtmasını kobud səhv adlandırıb.

 
5052 page from 5174 page (s) << < 5048 5049 5050 5051 5052 5053 5054 5055 5056 > >>
 News feed
24.04.2019
23.04.2019
 Archive
Apr.2019
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo