AZADINFORM. Bu gün Suriyada minlərlə adam siyasi islahatlar, hökumətin demokratiya tərəfdarlarının mitinqlərini dağıtmasına etiraz əlaməti olaraq küçələrə çıxıb. Şahidlər aksiyaların paytaxt Dəməşqin yaxınlığında, Homs, Banisa şəhərlərində, eləcə də ölkənin sahilyanı ərazilərində keçirildiyini bildirirlər.

AZADİNFORM. İkinci Respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova Fizuli rayonunun Horadiz şəhərində ilk solo konsertini verəcək.

Elvin Xəzər/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunda keçirib. İİN-dən “Azadinform”a verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-dək sahibkar iştirak edib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamaya başsağlığı verib.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 25 şəhərində sınaq imtahanı keçirəcək. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.


Mübariz Aslanov/AZADİNFORM. Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 105-120, Quba-Xaçmaz bölgəsi çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 100-110, Naxçıvan MR çaylarında isə 60-70%-i təşkil edir. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər.

AZADINFORM. Yanvar ayının 1-nə olan məlumata görə, Ermənistanda daimi yaşayanların sayı 3 mln. 262 min 600 nəfərdir. Şəhərlərdə 1 mln. 88 min 500 nəfər yaşayır.


Mübariz Aslanov/AZADİNFORM. Mayın 1-dən etibarən “Azercell”in pre-paid abonentləri üçün yeni pul tarifi sisteminə keçid abonentin xərclərinə nəzarət etməyə imkan verəcək. “Azadinform” xəbər verir ki, bu barədə “Azercell” şirkətinin prezidenti Əli Ağan bu gün keçirdiyi mətbuat konfansında bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin evlə təmin olunması üçün sosial ipotekaların verilməsində başqa statuslu təbəqələrin də daxil edilməsi gözləniləndir. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Gənclər və İdman Nazirliyində Gənclərlə İş üzrə İctimai Şura “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı hazırlanması ilə bağlı müzakirələr aparıb. “Azadinform” xəbər verir ki, müzakirələrdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, proqramın hazırlanması ilə bağlı ölkə prezidenti aprelin 6-da Sərəncam imzalayıb, dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb.

Aytən İmanova/AZADİNFORM. Aprelin 1-nə ölkə üzrə bankomatların sayı 1929-ə çatıb. Bu göstərici ötən illə müqayisədə 214 bankomat çoxdur. Bankomatların 1071-i Bakıda, 848-i isə digər şəhər və rayonlarda yerləşir. Bu barədə “Azadinform”a Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.
Bu dövrdə ölkə üzrə pos-terminalların sayı 8857 olub. Cari dövrdə pos-terminalların 8027-si Bakıda, 830-u isə digər regionlarda yerləşir.

Elvin Xəzər/AZADİNFORM. “2010-cu ildə daşqınlardan sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən mühafizə bəndlərinin 325 km uzunluğunda zəruri hissələrində bəndlərin enləndirilməsi, hündürləndirilməsi və möhkəmliyinin artırılması işləri yerinə yetirilib”.

AZADINFORM. ABŞ-ın Beynəlxalq Din Azadlıqları üzrə Komissiyası dünyada din azadlığını ən çox pozan 14 ölkənin adını açıqlayıb. İlk dəfə olaraq Misir siyahıya salınıb. İllik hesabatında komissiya Misirdə ötən il dini azadlığın pozulması faktlarının kəskin şəkildə artdığını bildirir. Hesabat Misir hökumətini bu zorakılıqlarda iştirak etməkdə və ya bu zorakılıqlara dözüm nümayiş etdirməkdə təqsirləndirir.

M.Aslanov/AZADİNFORM. Azərbaycanda yaradılması nəzərdə tutulan Gənclər Fondunun artıq müvafiq normativ sənədləri hazırdır. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. O qeyd edib ki, yaxın günlərdə bu razılaşma üçün aidiyyəti üzrə müvafiq dövlət qurumlarına göndəriləcək.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Bakı Dövlət Universitetində (BDU) gənc alim və tədqiqatçıların “Müasir biologiyanın nəzəri və tətbiqi problemləri” mövzusunda beynəlxalq elmi konfransı öz işinə başlayıb. BDU-dan “Azadinform”a verilən məlumata görə, plenar iclasda çıxış edən rektor Abel Məhərrəmov konfransın  əhəmiyyəti və elmə verəcəyi töhfələrdən bəhs edib.

Aytən İmanova/AZADİNFORM. Bu gün “Müasir İnkişaf” İctimai Birliyi “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsinin təqdimat mərasimini keçirib.

Xədicə/AZADİNFORM. Ötən il “Doğma diyar” layihəsi çərçivəsində bölgələri qarış-qarış dolaşan müğənni Röya bu il bu layihəni hərbi hissələrdə təkrarlayacaq.

AZADINFORM. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində baş verən insidentlərdən ciddi şəkildə narahatçılıq keçirir.

 
5026 page from 5074 page (s) << < 5022 5023 5024 5025 5026 5027 5028 5029 5030 > >>
 News feed
10.12.2018
7.12.2018
 Archive
Dec.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo