AZADİNFORM. Birləşmiş Ştatların Milli Əks-Terror Mərkəzinin direktoru Mayk Liter 4 il bu vəzifədə işlədikdən sonra istefa verib. Mayk Literin istefası barədə xəbər bu gün yayılıb.

AZADİNFORM. Gürcüstanın azərbaycandilli məktəblərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkil etdiyi gürcü dili öyrətmə kurslarına maraq artmaqdadır.

Mübariz Aslanov/AZADİNFORM. Daşkəsən rayonuna düşən dolu sayəsində rabitə sahəsinə dəyən ciddi ziyanın nəticələri bu gün tam olaraq aradan qaldırılacaq.

AZADİNFORM. Hərbi Hava Qüvvələri parada hazırlıq məqsədilə Azərbaycan paytaxtı üzərində uçuşlar edib. Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçiriləcək hərbi parada hazırlıq məqsədilə bu gün “MİQ-29” qırıcı təyyarələri və helikopterlər manevrlər ediblər.

AZADİNFORM. NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri təxirə salınıb.

AZADİNFORM. Sloveniyada səfərdə olan prezident İlham Əliyevin və prezident Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Sloveniya sənədlərinin imzalanması mərasimi olub. “Sloveniya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Sloveniyanın xarici işlər naziri Samuel Jboqar imzalayıblar.

AZADİNFORM. Serbiyaya səfərini başa vuran prezident İlham Əliyev iyunun 9-da Sloveniya Respublikasına rəsmi səfərə gəlib. Lyublyananın “Joze Puçnik” hava limanında dövlət başçısını Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

AZADİNFORM. Yerevanın mərkəzi dağıla bilər. Bunu Ermənistanın geologiya elmləri namizədi Ruben Yadoyan bildirib. Onun sözlərinə görə, bunun səbəbi qrunt sularıdır: «Saniyədə 1200 sürətlə hərəkət edən su 500-600 kq. torpağı yuyub aparır». «Azadinform» «Tert.am»a istinadən xəbər verir ki, Yadoyan vurğulayıb ki, şəhərin altı boşluğa çevrilib. Praktiki olaraq Yerevanın mərkəzi hissəsində evlər çökmək təhlükəsi qarşısındadır. Alim yaranmış vəziyyətlə bağlı hakimiyyət orqanlarını məlumatlandırdığını və fəlakətin qarşısını almaq üçün tədbirlərini də təklif edib.

 

AZADİNFORM  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təklif olunan əsas prinsiplərin təxirə salınması səmərəsiz olardı. Bu barədə məlumatı Rusiya XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç səsləndirib. Onun sözlərinə görə, Dovildə prezidentlərin qəbul etdiyi bəyanat tərəflərə siyasi nizamlama prosesinin hansı həddə çatdığını göstərmiş oldu:

AZADİNFORM. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernar Fasie, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişiki qəbul edib.

AZADİNFORM. Daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən sabah Göyçay şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək.

AZADİNFORM. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının xilasediciləri Qazaxıstanın Almatı vilayətinin Kapşaqay şəhərinin Tamqali-tas bölgəsinin təlim-məşq poliqonunda təşkil olunan 16-cı "KAZSPAS-2011" beynəlxalq yarışlarında iştirak edib. “Azadinform” FHN-nə istinadən xəbər verir ki, yarışlarda Azərbaycan, ABŞ, Çexiya,  Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən 27 komanda iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin İqtisadi Siyasət Komitəsi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı plenar dinləmələr keçirib. Bu barədə məlumatı “Azadinform”a AQC-dən veriblər.

Həbibə/AZADİNFORM. “Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən otellərə tövsiyə edərdik ki, gələn il Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar gələcək qonaqların qeydiyyatıyla bağlı müraciətlərinə cavab verməyə tələsməsinlər”.

AZADİNFORM. ABŞ Konqresində Əfqanıstanda müharibənin aparılmasına qarşı müxalifət formalaşır. «Gəlin bir nömrəli terrorçunun öldürülməsini qələbə kimi elan edək və oradan rədd olub gedək» - deyə Respublikaçılar Partiyasından olan konqresmen Uolter Cons bəyan edib.

Həbibə/AZADİNFORM. “İrana qaz satışı ilə bağlı danışıqlar gedir”. “Azadinform”un sözlərinə görə, bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif  Əliyev deyib.

AZADİNFORM. Avstriyanın paytaxtı Vyanada Geoloq-Alim və Mühəndislərin Avropa Assosiasiyasının beynəlxalq konfransı keçirilib.

Həbibə/AZADİNFORM. “Neft, qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə kompleksin tikintisi çərçivəsində lazım olan investisiyaların həcmi 12-13 milyard dollar təşkil edəcək”.

AZADİNFORM. Ərəb KİV-ləri Yəmən prezidenti Əli Abdulla Salehin yaralarının xarakteri barədə spekulyativ məlumatlarla doludur. Qeyd edək ki, Saleh və yaxın ətrafı cümə namazı zamanı yaralanıblar.

AZADİNFORM. Yunanıstanda etiraz aksiyaları davam edir. Bu gün Afinada hökumətin sərt iqtisadi siyasətinə qarşı etiraz aksiya keçirilir. Bu dəfə dövlət sektorunda işləyənlər 24 saatlıq tətil elan ediblər.

 
5021 page from 5170 page (s) << < 5017 5018 5019 5020 5021 5022 5023 5024 5025 > >>
 News feed
19.04.2019
18.04.2019
 Archive
Apr.2019
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo