AZADİNFORM. Yaponiya hökuməti bəyan edib ki, 11 mart zəlzələsi və ardınca baş verən sunamidən sonra sağ qalanların özlərinə qəsd etməmələri üçün uzunmüddətli psixoloji reabilitasiyaya ehtiyacları var.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Təhsil Nazirliyində “Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat dinlənilib. Təhsil naziri Misir Mərdanov bu yaxınlarda Bakıda keçirilən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasının əhəmiyyətindən söz açıb.

AZADİNFORM. İyunun 9-da Azercell Telekom MMC-nin təşkilatçılığı ilə media nümayəndələri üçün təlim baş tutub. Korporativ Sosial Məsuliyyət (KSM) mövzusuna həsr edilmiş treninqdə 20-dən çox jurnalist iştirak edib.

AZADİNFORM. ABŞ müdafiə naziri postuna namizəd CİA-nın keçmiş direktoru Leon Panetta ölkəsinin 2011-ci ildən sonra da İraqda hərbi qüvvə saxlama ehtimalının olduğunu bildirib.

Elcan/AZADİNFORM. Almaniyanın Leypziq şəhərində Maks Plank Dünya Universitetinin alimləri şimpanzelər üzərində daha bir təcrübə aparıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, təcrübənin nəticəsi alimləri heyrətə salıb. Təcrübə zamanı şimpanzelərin əli keçməyən bir qabın içinə fıstıqlar atılıb. Şimpanzelərin qəfəsinə başqa bir böyük qabda isə su qoyulub.

Həbibə/AZADİNFORM. Hazırda dünyada 115 milyon uşaq ağır və təhlükəli əməklə məşğuldur. “Azadinform”un məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, ümumilikdə dünyada 215 milyon uşaq işləyir.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Moldovanın paytaxtı Kişinyovda Avropa Şurası və Avropa Birliyinin birgə təşəbbüsü ilə medianın özünütənzimləməsinə dair iki günlük beynəlxalq konfrans başa çatıb. Mətbuat Şurasından “Azadinform”a verilən məlumata görə, konfransda şura sədri Əflatun Amaşov çıxış edib.

Həbibə/AZADİNFORM. Bakı şəhər Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya”nın növbəti iclası keçirilib.

Həbibə/AZADİNFORM. ABŞ dövlət katibi Hillari Klinton Dünya Bankının rəhbəri postuna keçə bilər. “Azadinform” bu barədə Türkiyə mətbuatına istinadən bildirir ki, Ağ Ev bu xəbəri təkzib etsə də, dövlət katibinin adı qurumun prezidentliyinə namizədlər sırasında keçir.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Həbibə/AZADİNFORM. “Qəbələ Elektrik Şəbəkəsi”ndə yaz-yay mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. “Azadinform” “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müəssisə ərazisində ilin ilk dörd ayı ərzində 10 kV-lik xətlərdə 65 ədəd, 0,4 kV-lik xətlərdə isə 32 ədəd dayaq dəyişdirilib.

Həbibə/AZADİNFORM. “Abşeron Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) paytaxtın enerji təminatını yaxşılaşdırmaq üçün bir sıra işlər görülüb.

Adəm Abbaslı/AZADİNFORM. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İraqın ölkəmizdəki səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. “Cəbhə bölgəsinə yaxın qəsəbələrdə, xüsusən qadınların yaşadıqları qəsəbələrdə küçə işıqlandırması yox səviyyəsindədir. Bu, həmin ərazilərdə ciddi təhlükələrin yaranmasına səbəb ola bilər”. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Məmmədov bildirib.

Xədicə/AZADİNFORM. Müğənni Sevda Ələkbərzadə müasir musiqinin durumu və inkişafı barədə “Azadinforma”a danışıb: "XXI əsrdə musiqidə dəqiq janr qalmayıb, janr çərçivələri yığışdırılıb.

AZADİNFORM ABŞ Ali Məhkəməsi «Microsoft» korporasiyasının Kanadanın i4i kompaniyasına 290 mln. dollar cərimə ödəməsi barədə yekdil qərar çıxarıb. Korporasiya patent hüququnu pozmaqda günahlandırılıb.

AZADİNFORM. Beynəlxalq maliyyə nəzarəti şirkəti “Deloitte” futbol klubları arasında apardığı sorğu nəticəsində hazırladığı hesabatda İngiltərə Premyer Liqasında futbolçulara verilən maaşların 2009-2010-cu il mövsümünün sonunda 68% artaraq rekord göstəricini keçdiyini açıqlayıb.

Atif Eyvazov/AZADİNFORM. Çox təəssüf ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) buraxdığı bütün materiallar həmişə saxtalaşdırılır.

AZADİNFORM. Bu gün Lyublyanada Azərbaycan-Sloveniya biznes forumu keçirilib. “Azadinform” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak ediblər.

 
AZADİNFORM. Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişikliyi təsdiqləyib. Bu barədə məlumatı “Azadinform”a Nazirlər Kabinetindən veriblər.

 
5018 page from 5170 page (s) << < 5014 5015 5016 5017 5018 5019 5020 5021 5022 > >>
 News feed
19.04.2019
18.04.2019
 Archive
Apr.2019
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
1234567
891011121314
15161718192021
22232425262728
2930     
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo