AZADİNFORM. Kiyevin rayon məhkəməsi keçmiş baş nazir Yuliya Timoşenkonun məhkəməsini iyulun 4-nə keçirib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, Timoşenko 2009-cu ildə Rusiyayla qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur. Müxalifət və hüquq müdafiəçiləri işin siyasi motivli olduğunu deyirlər.

AZADİNFORM. Yunanıstan parlamentinin AB-nin ikinci yardım paketi üçün hökumətin qarşısına qoyduğu “kəmərsıxma” tədbirlərinin qəbulu üçün çağırılan növbədənkənar toplantısı yekunlaşdı.

AZADİNFORM. Artıq Papa da “Twitter”dədir. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, Papa 16-cı Benedikt ilk Twitter mesajını Vatikan xəbər portalının açılması vəsiləsiylə yazıb. Vatikandan yayılan şəkillərdə Papa yanındakıların köməyi ilə “Twitter” mesajı yazır. 84 yaşlı Papanın “İpad” vasitəsilə göndərdiyi mesajın mətni: “Əziz dostlar, News.va saytının açılışını edirəm”. Bununla da Vatikanda ən çox izlənən “Facebook” və “YouTube” sırasına “Twitter” də qoşuldu.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. “Azadinform” xəbər verir ki, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas da iştirak edib. 
Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsib.

AZADİNFORM. «Əl-Qaidə»nin İraq qanadının lideri Əbu Ömər əl-Bağdadinin həyat yoldaşı ömürlük həbs cəzasına məhkum edilib. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, istintaqın gəldiyi nəticəyə görə, o, əri ilə birlikdə İraqda törədilmiş bir neçə terror aktının iştirakçısı olub. Adı çəkilməyən qadın, həmçinin maliyyə məsələləri ilə məşğul imiş.

Adəm Abbaslı/AZADİNFORM. Parisdə YUNESKO-nun qərargahında Dünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarət edən Dünya İrs Komitəsinin 35-ci sessiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, ölkəmizi sessiyada nazirliyin nümayəndə heyəti, Azərbaycanın YUNESKO üzrə Milli Komitəsi və YUNESKO yanında Daimi nümayəndəliyimizin əməkdaşları təmsil ediblər.

Həbibə/AZADİNFORM. Quba rayonunun Qımılqazma və Küsnətqazma kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. “Azadinform” ARDNŞ-in mətbuat xidmətinə istinadən bildirir ki, bu məqsədlə keçirilən mərasimdə “Azəriqaz” İB-in və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Mübariz Aslanov/AZADİNFORM. Sabah axşam Azərbaycana səfər edəcək İran parlamentinin sədri Əli Laricaninin səfərinin proqramı açıqlanıb. Bu barədə məlumatı “Azadinform”a İran səfirliyindən veriblər.

AZADİNFORM. İstanbulun Ağır Cinayətlərə Dair Məhkəməsi altı general, eləcə də bir admiral və Türkiyə Silahlı Qüvvələrinin altı polkovnikinin həbsinə dair order verib. Onlar dövlət çevrilişi cəhdində günahlandırılıblar. «Azadinform» Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunlar məhkəmənin qərarı ilə əvvəllər dindirilmiş general-leytenant Turqut Atman, general-mayor Bəyazid Karataş, Nədim Günger Kurubaş və Bülent Koqababuç, briqada generalları - Mustafa Erxan və Mehmet Eldem, admiral Əhməd Sinan Ərtoğrul və polkovnik Mehmet Orgendir.

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə “RAH-96” firmasına məxsus sexdə aparılan yoxlama zamanı keyfiyyətsiz dondurmalar aşkarlanıb.

Şirkət növbəti dəfə beynəlxalq Socrates mükafatına layiq görülüb

AZADİNFORM. Texnologiya dünyasında gününün 24 saatını internetlə keçirənlər az deyil. Xüsusilə də gün ərzində işləyən insanlar üçün ən yaxşı istirahət yatmazdan əvvəl bir-iki saatlıq internet gəzintisidir. Lakin istirahət adlandırdığımız bu saatlar rahat yuxunun düşmənidir.

Mübariz Aslanov/AZADİNFORM. “Hələ də dünyada davam edən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan dinamik inkişaf edir. Biz Avropa ölkələri, o cümlədən Latviya ilə yaxşı münasibətlər qurmağa çalışırıq.

Aytən İmanova/AZADİNFORM. Bakı Dövlət Universiteti Xarkov Milli Universiteti ilə Memorandum imzalayıb.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisdə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Baltik Assambleyası nümayəndə heyətinin üzvləri ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.


Atif Eyvazov/AZADİNFORM. Tələbələrə güzəştli təhsil kreditlərinin verilməsi ilə bağlı məsələnin  araşdırılmasına ehtiyac var. Bununla bağlı hər hansı konkret fikir ortaya qoymaq düzgün deyil. Bu barədə açıqlamanı “Azadinform”a müsahibəsində Milli Məclisin Təhsil komitəsinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov söyləyib.

AZADİNFORM. Fransanın Liviyada bərabər hərəkət etməyə məcbur olduğu qüvvələr olmasına baxmayaraq, Qəddafiyə qarşı vuruşan üsyançılara silah-sursat göndərdiyi iddia edilir. “Azadinform”un məlumatına görə, “Le Figaro” bu məlumat Fransa Müdafiə Nazirliyindən sızan sənədlərə əsaslanaraq yayıb.

Atif Eyvazov/AZADİNFORM. Bakı Dövlət Universitetində (BDU) boş qalan fakültələrə dekan təyinatı başa çatmaq üzrədir. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmolv söyləyib.

Həbibə/AZADİNFORM. “Mingəçevir Elektrik Şəbəkəsi”ndə ciddi təmir işləri həyata keçirilib. “Azadinform” “Azərenerji” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, cari ilin beş ayı ərzində şəhərin 6 kV-lik 30 saylı hava xəttində dayanıqlığı yüksəltmək üçün üç ədəd yeni beton dayaq basdırılıb, 1 kilometrə yaxın naqil dəyişdirilib.

Mübariz Aslanov/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına 2011/2012-ci tədris ili üçün ödənişsiz əsaslarla (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan edir. Bu barədə məlumatı “Azadinform”a TQDK-nın mətbuat xidmətindən veriblər.

 
4868 page from 5061 page (s) << < 4864 4865 4866 4867 4868 4869 4870 4871 4872 > >>
 News feed
21.11.2018
16:21
20.11.2018
 Archive
Nov.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo