“Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi gözəl nəticələrini verir. Bu siyasət davam etdiriləcək. Bu bizim şüurlu seçimimizdir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir”.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclası keçirilib. AZADİNFORM xəbər verir ki, iclasda Prezident İlham Əliyev ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini bildirib. Qeyri-neft sektorunda artımın qeydə alındığını vurğulayan dövlət başçısı deyib ki, əsas məqsəd bu sektoru inkişaf etdirmək, iqtisadiyyatın neft və qaz amilindən asılılığını azaltmaqdır.

 AZADİNFORM/ Hazırda Xankəndi aeroportunda avadanlığın quraşdırılması işləri gedir. «AZADINFORM» «PanArmenian»a istinadən xəbər verir ki, bu sözləri separatçı DQR rejiminin Mülki Aviasiya İdarəsinin rəhbəri Dmitri Atabaşyan bildirib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının sənaye və ticarət naziri, Azərbaycan-İordaniya Hökumətlərarası birgə komissiyanın həmsədri Hani Əl-Mulkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. “Azercell Telekom” MMC-nin PR sahəsində gördüyü iş növbəti dəfə yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Şirkətin Korporativ Ünsiyyət bölümü ötən il ərzində PR xidmətini ən yaxşı təşkil edən biznes qurumu seçilib.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Bakı-Tbilisi-Qars dəmiryol nəqliyyatının yaradılması çərçivəsində Gürcüstandan keçən hissədə bərpa və tikinti işlərinin başlanması ilə əlaqədar Azərbaycan tərəfindən əlavə maliyyələşdirmənin ayrılması məsələsinə baxılır. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Kənd təsərrüfatı ilə bağlı “Kooperasiya haqqında” AR Qanun layihəsi qəbul edilə bilər. AZADİNFORM xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev 14-cü Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına məktub göndərib. Məktubda deyilir:

Atif Eyvazov/AZADİNFORM. Türkiyə Azərbaycan Dərnəyinin (TAD) başçısı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədidir. Diasporla İş üzrə Dövlət Komitəsindən  AZADİNFORM-a verilən məlumata görə, MHP bu qərarı ilə S.Oğanın İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olduğunu nümayiş etdirib.

AZADİNFORM/ Türkiyənin xüsusi xidmət orqanları Əl-Qaidə terror şəbəkəsinin yerli qanadı ilə əlaqədə şübhəli bilinən 40 nəfəri həbs edib.

Atif Eyvazov/AZADİNFORM. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov İspaniyanın Bilbao şəhərində səfərdə olub.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev Minskdə baş vermiş terror aktı ilə əlaqədar Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkoya başsağlığı verib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları gənclər birliklərinin sədrləri üçün treninqlər başlayıb. Partiyadan AZADİNFORM-a bildiriblər ki, treninqlər partiyanın Xətai rayon təşkilatının qərargahında keçirilir.

Elvin Xəzər/AZADİNFORM. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin başçısı səfir Roland Kobia Xarici İşlər Nazirliyinə dəvət olunub və Avropa İttifaqının ATƏT-in Daimi Şurasının 7 aprel 2011-ci il tarixli iclasında səsləndirilmiş “Azərbaycanda fundamental azadlıqlarla bağlı vəziyyətə” dair bəyanatı ilə əlaqədar Azərbaycan Hökumətinin narazılığı və təəssüfü qarşı tərəfə çatdırılıb.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın rayon və şəhər təşkilatlarının gənclər birlikləri sədrlərinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, toplantıda çıxış edən YAP sədrinin müavini Əli Əhmədov Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib.

AZADINFORM/ ABŞ-ın Hərbi-Dəniz Qüvvələri ilk dəfə Amerikanın Kaliforniya ştatının sahillərində lazer topunu sınaqdan keçirib. Bunu AZADINFORM Amerikanın "Los-Anceles Tayms" qəzetinə istinadən xəbər verib.

Mübariz Aslanov/AZADİNFORM. Orta məktəblərin birində şagirdlər arasında insident nəticəsində baş verən ölüm hadisəsində siyasi məqam axtarmağın özü siyasi savadsızlıqdır. Bu barədə AZADİNFORM-a müsahibəsində millət vəkili Fəzail İbrahimli seçildiyi Cəlilabad rayonunda orta məktəbdə baş verən insidentlə bağlı açıqlama verərəkən belə deyib.

AZADİNFORM/ Ermənistan parlamenti Rusiya hərbi bazasının ölkə ərazisində qalma müddətinin 2046-cı ilə qədər uzadılması haqqında protokolu ratifikasiya edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın II iclası keçirilib.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Bakı klubunun məşqini izləyib.

 
4844 page from 4849 page (s) << < 4840 4841 4842 4843 4844 4845 4846 4847 4848 > >>
 News feed
12.12.2017
11.12.2017
8.12.2017
7.12.2017
6.12.2017
 Archive
Dec.2017
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo