Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda “Azərbaycan və Türkiyədə siyasi pluralizmin inkişafı və durumu” mövzusunda Dəyirmi masa keçirilir. “Azadinform” xəbər verir ki, konfransda hər iki ölkənin yaşadığı siyasi durum və pluralizm ənənləri müzakirə olunub.

AZADINFORM. Bu gün Gürcüstan parlamentində sürücülük vəsiqəsinin 17 yaşdan verilməsilə bağlı müzakirə gözlənilir. Bu barədə «apsny.ge» Gürcüstanın daxili işlər naziri Vano Merabişviliyə istinadən məlumat yayıb. «Azadinform»un məlumatına görə, nazir əlavə edib ki,  yeni qanun 2011-ci ilin yay aylarından qüvvəyə minə bilər.

Elvin Xəzər/AZADİNFORM. Mayın 3-4-ü tarixlərində Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsi və 5-6 may tarixlərində Mədəni İrs üzrə Rəhbər Komitənin növbəti iclasları keçiriləcək. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a nazirliyin mətbuat xidmətindən veriblər.

Elvin Xəzər/AZADİNFORM. Küveyt Diplomatik İnstitutunun Baş direktoru, səfir Əbdüləziz Əl-Şərihin Azərbaycana səfəri başa çatıb.

Xədicə/AZADİNFORM. Ötən ilin “Eurovision” milli seçim turunda finala qədər gələn gənc müğənni Məryəm Şabanova «Bayram» adlı yeni mahnı yazdırıb. Müğənni “Azadinform”a bildirib ki, sözləri Azərbaycan dilində yazılmış mahnının musiqisində yəhudi skripkası səsləndirilib. «Bayram» mahnısı yəhudilərin Purim milli bayramına həsr olunub.

Atif Eyvazov/AZADİNFORM. Nazirlər Kabineti “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” AR Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar qəbul edib.

29.04.2011
World Əsrin toyu

AZADINFORM. Bu gün Londonda şahzadə Uilyam və Keyt Middltonun nikah mərasimi keçirilir. Mərasimə dəvət olunan 2 min qonaq arasında 50-yə yaxın ölkənin liderləri də iştirak edir. Polisin məlumatına görə, 600 min insan baş verənləri London küçələrindən izləyəcək.

AZADINFORM. ABŞ prezidenti Barak Obama Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbərlərinin adlarını açıqlayıb. ABŞ müdafiə idarəsinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta rəhbərlik edəcək.

Atif Eyvazov/AZADİNFORM. Müəllimlərə dövlət qulluqçusu statusunun  verilməsi ilə bağlı bizə yenicə tapşırıq daxil olub və biz hələ o təklifləri hazırlamamışıq. “Azadinform” xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib.


Mübariz Aslanov/AZADİNFORM. “Hadisələr göstərir ki, bu gün ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi tamamilə səhv olub və səhv istiqamətdə də davam edir. Bunu son günlər Azərbaycana gələn Amerika nümayəndlərinin problemdən hələ də kifayət qədər xəbərsiz olmaları, yeni səfir Metyu Brayzanın dedikləri və sair məsələlər də özündə əks etdirir”. Bu barədə “Azadinform” müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılacaqlar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, hərbçilərimiz 2-6 mayda Türkiyədə əldəqayırma partlayıcı qurğular əleyhinə mübarizə mövzusunda keçiriləcək kursda iştirak edəcəklər.

Atif Eyvazov/AZADİNFORM. Bu ilin avqust ayında doktoranturaya qəbulla bağlı elan veriləcək. Bu barədə məlumatı “Azadinform”a müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib.

AZADİNFORM. «Erməni Milli Konqresi öz məqsədinə itkisiz və toqquşmalarsız çatacaq» - deyə erməni müxalifətinin bu gün keçirilən mitinqində Erməni Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan bildirib.

Aytən İmanova/AZADİNFORM. Jurnalist Qadınlar Assosiasiyasının budəfəki qonağı Səbail rayon icra başçısının müavini Xalidə Bayramova olub. “Azadinform” xəbər verir ki, akademik Zərifə Əliyevanın doğum günündə baş tutan tədbirdə qadın və uşaq problemləri qabardılıb.

Azərbaycanda ilk mobil operator olan “Bakcell” şirkəti cənab Riçard Şirerin “Bakcell”in baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edir. Riçard Şirer dünyanın bir sıra rəqabətli bazarlarında aparıcı telekommunikasiya şirkətlərinin fəaliyyətlərinin idarə edilməsində böyük təcrübəyə malikdir.

AZADINFORM. ABŞ-ın cənub-şərqindəki 7 ştatda baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb. Qasırğa son bir neçə gün ərzində yüzlərlə binanı yer üzündən silib, yolları dağıdıb, elektrik enerjisi kəsilib.

AZADINFORM. Rusiyanın Sankt-Peterburq şəhərində Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət qrup həbs edilib. Onlar yerli hakimi öldürmək cəhdində günahkar biliniblər. Məlumatı Rusiya Baş İstintaq İdarəsinin şəhər üzrə idarəsi yayıb.


Mübariz Aslanov/AZADİNFORM. Azəbaycanda bundan sonra nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək. “Azadinform” xəbər verir ki, bu, hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cəzaların İcrası Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub.

Atif Eyvazov/AZADİNFORM. Bu günlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Z.İsmayılov və B.Əliyev Neftçala şəhərindəki M.Səfərov adına əsas ümumtəhsil internat məktəbində olub, müəssisənin rəhbərliyi, pedaqoji kollektivi və sakinləri ilə görüşüb, hüquqi maarifləndirmə tədbiri keçiriblər.

Aytən İmanova/AZADİNFORM. Gənclər üçün Təhsil Mərkəzi “Özümü ifadə” adlı regional layihəsi çərçivəsində tədbirlərə start verib. “Azadinform” xəbər verir ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşmələrini nəzərdə tutur.

 
4824 page from 4870 page (s) << < 4820 4821 4822 4823 4824 4825 4826 4827 4828 > >>
 News feed
22.02.2018
21.02.2018
20.02.2018
19.02.2018
16.02.2018
 Archive
Feb.2018
Mon.Tue.Wed;.Thu.Fri;.Sat.Sun.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo