Ərdoğan müxalifəti partiyasına qarşı qəsd cəhdində günahlandırıb

AZADINFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kayseridə keçirilən mitinqdə iri müxalifət partiyalarını onun partiyasına qarşı qəsd cəhdində günahlandırıb. Onun qənaətincə, Cümhuriyyət Xalq Partiyası, MHP və kürd yönümlü Barış və Demokratiya Partiyası bir növ üçlük yaradıblar və onların məqsədi nəyin bahasına olursa-olsun AKP-nin nüfuzunu aşağı salmaqdır.

«Azadinform» «Beyazgazete.com»a istinadən xəbər verir ki, baş nazir bildirib ki, MHP və CHP elə bir görüntü yaratmaq istəyir ki, guya hakimiyyətə qarşı həyata keçirilən terror aktlarını görmürlər: «BDP də manipulyasiya edir. CHP liderini hətta BDP lideri əlində oyuncaq kimi oynadır».
Yeri gəlmişkən, türk qəzetləri Ərdoğanı müşayiət edən maşınların necə mərkəzi küçələrdən birində quyuya düşdüyünün şəklini yerləşdiriblər. Baş nazir yeni obyektlərin açılışına gedən zaman onu müşayiət edən maşınların sürücüləri çalanı görməyiblər və nəticədə insident yaşanıb.

31.05.2011 15:35 / Hits: 345 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo