Diskalkusiya - 10 il sonra qlobal maliyyə fəlakətinə doğru

           

C.Əsgərov/AZADİNFORM. Amerika və Britaniya tədqiqatçıları iddia edirlər ki, diskalkusiya-sadə riyazi hesablamaları yerinə yetirə bilməməkdən əziyyət çəkən uşaqların sayı hər il artır.

Qərb ekspertlərin fikrincə, əgər diskalkusiyanın müalicəsinə lazımi diqqət ayrılmasa, 10 ildən sonra planeti qlobal maliyyə fəlakəti gözləyir. Bu barədə alimlərin «Science» jurnalındakı məqaləsində deyilir.
Hələ ötən il Böyük Britaniya alimləri riyazi bacarıqların inkişafı üçün beynin əmgək payının elektrik cərəyanıyla stimullaşdırılmasının mümkün olduğunu müəyyənləşdiriblər. Odur ki, bir müddət sonra dünya iqtisadiyyatı iflasa uğramasın deyə bəzi ölkələrdə valideynlər öz uşaqlarını cərəyanı vasitəsi ilə stimullaşdırılmasına məcbur edilə bilər. Yenə də Qərb alimlərinin hesablamalarına görə, hazırda 20 insandan biri  diskalkusiyadan əziyyət çəkir. Maraqlıdır ki, diskalkusiya uşağın ümumi inkişafının ləngiməsinin nəticəsində yaranır və onun beyin patologiyası ilə heç bir əlaqəsi olmur. Mütəxəssislər bu halın qarşısının almaq üçün uşağın inkişafını boş buraxmamaq və onunla məşğul olmağı tövsiyə edirlər.
Bəs necə?! Beyni kalkulyatorla, daha sonra isə kompyuterlə əvəzləmək istəyən qərblilər, deyəsən,  vəziyyətin uçuruma doğru getdiyini başa düşüblər. Bu gün Boloniya və «kurikulum»  kimi maraqlı, cəlbedici və çətin sözlərin müəllifi olan Qərb ən azı 20 insanından birinin diskalkusiya-sadə riyazi hesablamaları yerinə yetirə bilməməkdən əziyyət çəkdiyini etiraf etməklə təhsil sisteminin fiaskoya uğradığını etiraf edir. Sovet İttifaqını bütünlüklə, ələlxüsus da təhsil sisteminə bəyənməyənlər şagirdin, tələbənin və nəhayət, mütəxəssisin geniş ixtisaslaşmasına ehtiyac olmadığını bildirirdilər. «Diş həkiminin ürək xəstəliklərini bilməsinə nə ehtiyac var? Bunun üçün kardioloq mövcuddur» deyən Qərb bu gün başa düşür ki, humanitar fənləri prioritet sayan şagird vurma cədvəlini əzbər bilmir. Bir az savadlı olmaq olmur, hörmətli alimlər. Necə ki bir az savadsız! Bu gün bədii ədəbiyyatdan yalnız “50 sent”in  son mahnılarının sözlərini oxuyan övladlarınıza, hətta kurrikulum da kömək etmədi. Bəyənmədiyiniz və bəyənmədiyimiz Leninin «oxumaq, oxumaq və yenə də oxumaq» şüarına istehza ilə yanaşıb, «kalkulyator, kompyuter və mobil telefon» alternativ etdiyiniz şüar bu gün uşaqların 2+2  sadə hesablaması üçün beyinlərinin elektrik cərəyanı ilə stimullaşdırılmasına ehtiyac yaradıb. Bu, hələ son deyil. Lakin əminliklə demək olar ki, bu, sonun başlanğıcıdır.

31.05.2011 15:32 / Hits: 498 / Print
 
    Bu bölmədə
     News feed
    18.04.2019
    17.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo