Azərbaycanda Cinayət Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilib

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər müzakirə olunub.

“Azadinform” xəbər verir ki, hər iki məcəllə haqqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Hər iki məcəlləyə edilmiş dəyişiklər “azadlığın məhdudlaşdırılması” cəza növünün cinayət cəzaları sistemindən çıxarılması ilə bağlı olub. Bununla əlaqədar olaraq adıçəkilən sənədlərdə müvafiq müddəalar çıxarılıb və ya digər cəza növü ilə əvəzlənib. Cəzaların İcrası Məcəlləsinə bununla bağlı keçid müddəa əlavə olunub. Keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq. Məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaq. Qanun qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə, cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənəcək.
Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası tətbiq olunacaq. Hər iki məcəlləyə dəyişikliklər müzakirələrdən sonra təsdiq olunub.

31.05.2011 14:50 / Hits: 401 / Print
 
    Bu bölmədə
     News feed
    19.04.2019
    18.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo