Türkiyənin baş naziri prezident İlham Əliyevi təbrik edib

Bayram Niftəliyev/AZADİNFFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

“Azadinform” xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlət başçısına təbriklərini çatdırıb və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin baş nazirinə minnətdarlığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

19.05.2011 17:25 / Hits: 405 / Print
 
    Bu bölmədə
     News feed
    24.05.2019
    23.05.2019
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo