Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarını qəbul edib

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşin başçılıq etdiyin nümayəndə heyətini qəbul edib.

XİN-nin mətbuat xidmətindən “Azadinform”a bildiriblər ki, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq və regional səviyyələrdə fəaliyyəti müzakirə edilib. A.Quterreş Azərbaycan hökuməti tərəfindən qaçqınlarımızın durumunun yaxşılaşdırılması üçün mühüm işlərin görüldüyünü qeyd edib. Ali Komissar Azərbaycanın inkişafından və müasir bir ölkəyə çevrilməsindən xeyli təəssüratlandığını vurğulayıb.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə qonağa məlumat verib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının sülh prosesinə müsbət təsir göstərəcəyini bildirib. Nazir münaqişənin həllindən sonra regionun inkişafı üçün iqtisadi perspektivlərin mövcud olduğunu qeyd edib. Öz növbəsində Ali Komissar münaqişə ilə bağlı hazırki vəziyyətin qəbuledilməz olduğunu söyləyib. 
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19.05.2011 16:59 / Hits: 418 / Print
 
    Bu bölmədə
     News feed
    24.05.2019
    23.05.2019
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo