Tiflisdə ayrıca Müsəlman İdarəsinin yaradılması ilə Gürcüstanın da maraqları tapdalanır

Mübariz Aslanov/AZADİNFORM. Gürcüstanın paytaxtında ayrıca Müsəlman İdarəsinin yaradılması məsələsini bu formada gündəmə gətirənlər şübhəsiz ki, Azərbaycan və Gürcüstan arasında münasibətləri sıfıra endirmək istəyirlər. Bunları “Azadinform”a müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.

M.Qasımlı bu məsələdə rəsmi Tiflisin maraqlı olmasına inanmır. “Çünki Gürcüstan hökuməti ölkədə yaşayan azərbaycanlılar üçün çox iş görür. Hətta Novruz bayramı dövlət bayramı elan olunub. Azərbaycanlıların dini və milli bayramlarında ölkə rəhbərliyi iştirak edir. Odur ki, bu məsələdə Gürcüstanın birmənalı məqsəd güdməsinə inanmıram”,-deyə millət vəkili vurğulayıb.
O, deyib ki, milli azlıqda yaşayanların vətənpərvərlik hisləri daha güclü olur. “Azərbaycanlılar da Gürcüstanda milli azlıqda yaşayır. Ona görə də rəsmi Tiflis ən azı ölkənin suverenliyi baxımından milli azlıqlara qarşı belə radikala addım atmaz. Burada kənar ölkələrdən olan siyasi qruplaşmaların əli var ki, onlar Gürcüstanın da maraqlarını bununla tapdalayırlar”,-deyə o, əlavə edib.

19.05.2011 16:40 / Hits: 451 / Print
 
    Bu bölmədə
     News feed
    25.05.2019
    24.05.2019
    23.05.2019
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo