Millət vəkili Kazandadır

Mübariz Aslanov/AZADİNFORM. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Rusiyanın Kazan şəhərindədir. Bu barədə məlumatı “Azadinform”a VHP-dən veriblər.

S.Rüstəmxanlı Kazanda məşhur tatar şairi Qaybulla Tukayın 125 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edir. 2011-ci ilin “Qaybulla Tukay ili” elan edildiyi Tatarıstanda yubiley dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunur.
Yubiley mərasimi çərçivəsində keçirilən elmi-praktik konfransda S.Rüstəmxanlı nümayəndə heyəti adından geniş məruzə ilə çıxış edib.
Bir çox rəsmilərlə görüşən Azərbaycan nümayəndə heyətini bu gün Tatarıstan Prezidenti Rüstəm Minnixanov qəbul edib. Görüşdə məşhur tatar şairi Qaybulla Tukayın yaradıcılığı, iki qardaş ölkə arasında qarşılıqlı mədəni əlaqələr, ədəbiyyat və incəsənət sahəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib. S.Rüstəmxanlı səfər çərçivəsində Kazanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri ilə Azərbaycan Mədəniyyət Mərkəzində görüş keçirib, diasporun işi ilə bağlı fikirlərini bölüşüb.

27.04.2011 18:31 / Hits: 428 / Print
 
    Bu bölmədə
     News feed
    24.04.2019
    23.04.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo