Leyla Ramazanlı Azərbaycan dedi

Yeni ildə Leyla Ramazanlıdan yeni mahnı

 

Adəm Abbaslı/AZADİNFORM. Tanınmış ifaçı Leyla Ramazanlı yeni ildə ilk mahnısını tamaşaçılara təqdim edib. Belə ki, ifaçı uzun müddətdir üzərində çalışdığı “Azərbaycan” adlı mahnını tamaşaçıların ixtiyarına verib. Mahnının sözləri Arzu Əsədovun, musiqisi isə İsmayıl Əsədovanındır.

Leyla Ramazanlı “Azadinform”-a açıqlamasında repertuarında bir neçə vətənpərvər ruhlu mahnıların yer aldığını və “Azərbaycan” mahnısının onun üçün xüsusi yeri olduğunu  qeyd edib: “Yeni ifa etdiyim “Azərbaycan” mahnısı xalqımızın şücaətindən, qorxmazlığından bəhs edir. Bu mahnı ilə Odlar yurdumuzun paytaxtı Bakımızın tarixindən bəhs etməyə çalışmışam. Doğma torpağım, vətənim, Azərbaycanım mənim üçün  çox əzizdir. Bir azəri övladı kimi bu mahnını oxumağı özümə borc bildim”. 

Yeni ildə yaradıcılığına vətənpərvər ruhlu mahnı ilə başlayan Leyla Ramazanlı bu mahnıya yaxın zaman ərzində klip çəkdirəcəyini də qeyd edib. 

Mahnını bu linkdən dinləyə bilərsiniz:



7.01.2016 14:27 / Hits: 292 / Print
 
    Bu bölmədə
     News feed
    22.11.2017
    21.11.2017
    17.11.2017
    16.11.2017
    15.11.2017
    14.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo