Akif İslamzadə Humayın klipində çəkiləcək?

Adəm Abbaslı/AZADİNFORM. Xalq artisti Akif İslamzadənin repertuarından dinlədiyimiz “Ala gözlüm” mahnısını tarzən Humay Qədimova tarda instrumental səsləndirib. 

Azadinform-un məlumatına görə, Humay xanım kompozisiyaya klip çəkdirməyi düşünür. Onun kliplə bağlı planları daha dərin olduğundan hazırlığını bu il başladığı layihəni davamını gələn ilin ilk aylarına keçirib: ““Ala gözlüm”ü ilk oxuyan Akif müəllim olub. İnstrumental şəkildə isə mən lentə yazdırdım. Klip çəkilişi düşünmüşəm. Amma bu sıradan bir klip olmayacaq. İstədim ki, Akif müəllimin özünü də klipdə görək. İnşallah ki, bu istəyimiz baş tutar və insanlara gözəl musiqinin sədaları altında, maraqlı klip təqdim edərik”.

29.12.2015 15:33 / Hits: 421 / Print
 
    Bu bölmədə
     News feed
    14.06.2018
    13.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo