Qarabağın düşməndən xilası hamımızın bayaram günü olacaq

Bilal Dündar: “Bir millət, iki dövlət” devizi ilə 1 noyabr parlament seçkilərini izləyəcəyik”


 

Azadinform Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın XəzərNews.az-a müsahibəsini təqdim edir:


Azərbaycanda çox insan bəlkə də bu qurum haqqında bilgiyə sahib deyil. Bilmək istərdik ki, TADF olaraq, hər iki ölkə üçün nələrə imza atmısınız?


- Bəli, biz TADF olaraq, çalışırıq hər iki ölkə üçün ortaq və faydalı fəaliyyət həyata keçirək. Buna yönəlik fəaliyyətimiz çərçivəsində, 20 Yanvar faciəsini xalqa çatdırmaq üçün toplantılar keçirməyə hazırlaşırıq. Bundan başqa biz çalışırıq ki, hər iki ölkənin tarixi və önəmli günləri ilə bağlı tədbirlər həyata keçirək. Ümid edirəm ki, TADF olaraq nə isə edə biləcəyik.

TADF 2006-cı ildə fəaliyyətə başlayıb.  Federasiyamızda 14 bölgənin dərnəyi var. Dərnəklərimiz heç bir yerdən maddi dəstək olmadan öz imkanları ilə könüllülük əsasında xidmət edirlər. Bütün dərnəklərimiz Azərbaycanın da qeyd etdiyi ən gözəl günləri qeyd edir. Anılması gərəkən günləri də anmaq üçün toplantılar keçiririk.

28 May Respublika Gününü, Ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd edir və onun haqqında ictimaiyyətə bilgilər veririrk. Həmçinin, bu yaxınlarda 18 oktyabr Müstəqillik Gününü də böyük coşqu ilə qeyd etdik. 12 dekabrda isə Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil edəcəyik. Bundan başqa TADF 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də unutmur. Bununla bağlı da hər zaman toplantılar edirik. Həmçinin Kocaeli və Sakarya universitetlərində Azərbaycan və Türkiyə münasibətləri müzakirə edilib. Burada həmçinin, erməni vəhşiliy də diqqətə çatdırılıb. Kocaeli başda olmaqla bir çox şəhərlərdə Xocalı soyqrımı rəsm sərgisi təşkil etmişik. Mədəniyyət Evimizdə Heydər Əliyev kitabxanası fəaliyyət göstərir. Hələ bir neçə il öncə 9000 kvadrat metrlik olan Heydər Əliyev Parkının böyük açılışını etdik. Bundan başqa cənab prezident İlham Əliyevin adına olan 5500 kvadrat metrlik bir xatirə meşəsinin açılışını etdik.


TADF-in toplantıları və ya layihələrinə azərbaycanlı gənclər qatıla bilirmi? Onlar nə dərəcədə aktivdirlər?


- Əlbəttə qatıla bilirlər. Buna misal olaraq, biz 26 fevral Xocalı faciəsinin ildönümü münasibətilə toplantı təşkil edəcəyik. Orada hər iki ölkənin gəncləri iştirak edəcək. Bu toplantı çərçivəsində Türkiyə Böyük Millət Məclisini ziyarət edəcəyik. Orada günün anlamı və önəmi mövzusunda çıxışlar edəcəyik. Bundan başqa TBMM sədri ilə də ayrıca görüş təşkil edirik.

Bundan başqa mart ayında baharın gəlişinin müjdəçisi olaraq, hər il Novruz bayramını qeyd edirik. Kocaeli ve Sakarya Universitetlərində təhsil alan azərbaycanlı tələbələrimizi üç dəfə xüsusi təlimatlı avtobuslarla təmin edərək Çanaqqaladakı tarixi yerlərdə gəzdirdik. Xüsusi tədbirlərimizə onları hər zaman dəvət edirik. Gələ bilənlərlə bir ailə kimi birlikdə ünsiyyətdə oluruq. Bu bizi çox sevindirir. Tələbələrimizi zaman-zaman Mədəniyyət Evinə dəvət edib onların problemlərinə çarə axtarırıq. Kocaeli Universitetində Azərbaycan yeməkləri hazırlayaraq mahnı fonu ilə tanıtım, qaynaşmaq və birlikdə xoş anlar keçirmək üçün xüsusi toplantılar təşkil edirik.


Hər halda, Azərbaycanda olmusunuz. Ölkəmiz haqqında nə deyə bilərsiniz? Yəni, Azərbaycanda ən çox Sizi özünə cəlb edən nə oldu?


- Azərbaycan gözəl ölkədir. Azərbaycan və Türkiyə tarixin hər dönəmində dostluq ve qardaşlıq bağı içində bir-birinin yanında olublar. Bu durumda “Biz bir millət iki dövlətik” - deyən Ümummilli lider Heydər Əliyevin kəlamının nə qədər doğru olduğunu görürük. Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamı da, davamlı və uzun müddətli dostluğumuzun əyani sübutudur. 

Tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə  Azərbaycanı qətliamdan qurtaran Nuru Paşanın rəhbərliyi ilə gələn Qafqaz İslam Ordusudur. Həmçinin, Çanaqqala döyüşündə də Türkiyəyə gələrək torpaqlarımızı düşmənə təslim etməyən Azərbaycanın könüllü ordusu idi. Və buarad Azərbaycanın yüzlərcə şəhidi uyuyur. Bu münasibətlə şəhid olanların hər birini böyük sayqı ilə anıram.

Fikrimcə, müstəqilliyini qazanan Azərbaycan sürətli inkişafa qədəm qoyaraq, Qafqazın parlayan ulduzuna çevrilib.


Bilirsiniz ki, Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ məsələsidir. Bu mövzuda Sizin də fikirlərinizi bir neçə dəfə mətbuatda izləmişəm. Bir daha fikrinizi öyrənmək maraqlı olardı. Nə söyləyə bilərsiniz bununla bağlı? Sizcə niyə bütün dünya Ermənistanın vəhşiliyini qəbul etmək istəmir?


- Bəli, bu iki qardaş ölkənin problemidir. Ancaq, mən düşünürəm ki, Azərbaycan güclü orduya sahibdir. Və inanıram ki, ən qısa zamanda işğal edilən torpaqlarını azad edəcək. Təbii ki, buna adımız qədər əminik. Çünki, dünya Azərbaycanın haqlı olduğunu bilir. Amma, səsini çıxarmır. Sanki, səssizliyə düçar olublar. Qarabağın düşməndən xilası hamımızın bayaram günü olacaq.


Bütün dünya, o cümlədən qardaş Türkiyə də bilir ki, Azərbaycan yayda bir ilkə imza atdı.  Bu  I Avrupa Oyunlarıdır. Har halda, bu möhtəşəm oyunları izləyə bilmisiniz. Bəyənmişdinizmi bu törəni?


- Bəli, bu, demək olar ki, Qafqazda bir ilk idi. Avropa Oyunları olsa da içində milli dəyərlər, Qafqaz adət-ənənələri gizlənirdi. Çox gözəl və maraqlı bir açılış və bağlanış mərasimi keçirldi. Oyunlar isə burada da ekran vasitəsilə izlənilirdi. Məncə, hər bir kəs buna görə çox sevinməlidir. Mən I Avropa Oyunlarını böyük ustalıqla və alın açıqlığı ilə həyata keçirən qardaş Azərbaycanımızı ürəkdən təbrik edirəm.


Qarşıdan hər iki qardaş ölkədə parlament seçkiləri gəlir. Azərbaycanda olan seçkiləri izləyəcəksinizmi?


- Təbii ki, izləyirik və izləyəcəyik də. “Bir millət, iki dövlət” devizi ilə 1 noyabr parlament seçkilərini izləyəcəyik. Ölkəmizə və qardaş Azərbaycanımıza bu yolda uğurlar diləyirəm.


Azərbaycana və azərbaycanlı dostlarınız son olaraq nə demək istərdiniz?


Qardaş ölkəmizə nə deyə bilərəm ki?.. Sadəcə deyirəm ki, yaşasın Azərbaycan və Türkiyə dostluğu!


Fidan AFƏR

Ankara

30.10.2015 09:22 / Hits: 431 / Print
 
    Bu bölmədə
     News feed
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo